Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Əsgərimiz çoxdan Qarabağda olmalı idi, ancaq...” - Türkiyəli deputat

Xəbər verdiyimiz kimi Türkiyə Böyük Millət Məclisi türk əsgərlərinin Qarabağda xidməti ilə bağlı qərar qəbul edib və qərar artıq təsdiqlənib.

Lakin qərar artıq iki həftədir ki, qəbul edilsə də icra edilmir. Maraqlıdır, türk əsgərlərinin Qarabağa yerləşdirilməsini gecikdirən səbəblər nələrdir? Əsgərlərin Azərbaycanda 1 ildən çox qalma ehtimalı varmı?

PİA.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan CHP-dən olan türkiyəli millət vəkili Atilla Sertel türkiyəli əsgərlərin Azərbaycana göndərilməsinin tam zamanı olduğunu, gecikmənin isə iqtisadi problemlərdən irəli gəldiyini bildirib:

"Biz Cümhuriyyət Xalq Partiyası olaraq Qarabağa əsgərlərin göndərilməsi qərarının leyhinə səs verdik. Əslində qərar qəbul edildikdən dərhal sonra əsgərlərin Azərbaycana göndərilməsi lazım idi. Hazırda bu istiqamətdə hazırlıqlar davam etdirilir. Lakin məlum olduğu kimi bu məsələdə birbaşa səlahiyyətli şəxs ölkə başçısı Rəcəb Tayyib Ərdoğandır. Buradan çağırış edərək deyirəm ki, artıq əsgərlərin göndərilməsinin tam vaxtıdır.

Türkiyədə indi iqtisadi baxımdan sıxıntılar var. Hazırda hökumət qətərlilərə şirkətləri satmaqla məşğuldur bu baxımdan yəqin ki, əsgərlərin göndərilməsi məsələsi yubanır".

Deputat türkiyəli əsgərlərin Qarabağda 1 ildən də çox qala biləcəyini diqqətə çatdırıb:

"Türkiyəli əsgərlərin Azərbaycanda 1 ildən çox qalması məsələsi gündəmə gətirilərsə biz partiya olaraq yenə də bu qərarı dəstəkləyəcəyik. Azərbaycan nə qədər istəsə türkiyəli əsgərlər də o qədər Qarabağda qalmalıdır".

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

Bakıda məşhur biznesmenin oğlu "Range Rover"lə qəza törətdi, hadisə yerində öldü - Video

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Xırdalandakı partlayışda dağıntılar altından altı nəfər çıxarılıb - Foto,Video, Yenilənib2

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Putin Navalnının onun haqqında hazırladığı “Putinin sarayı” filminə münasibət bildirib

Ən çox oxunanalar