Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı sonuncu sui-qəsdin arxasında MKİ-nin “Cənazəçi”si kimi bilinən “Ayətullah Mayk” ola bilərmi?..

Bayden hələ Ağ Evə köçməmiş administrasiya daxilində İrana qarşı sərt yanaşanlarla mülayim yanaşanlar arasındakı mübahisələr şiddətlənib...

Serdar Turqut
“Habertürk”, Türkiyə, 30 noyabr 2020-ci il

Keçmişdə Amerika milli təhlükəsizlik cəmiyyətinin önəmli hissəsi olan bir mənbənin verdiyi məlumata görə,
İranın nüvə proqramının əsas simalarından biri olan Möhsün Fəxrizadənin öldürülməsi ilk baxışda klassik MOSSAD əməliyyatı kimi görünsə də, əslində, MKİ-nin işi ola bilər. Bu işin MKİ-nin “Black Ops” (Qara Əməliyyatlar) bölməsinin rəhbəri olan və MKİ daxilində belə adı qorxu ilə xatırlanan Maykl Dandreanın əmr etdiyi bir əməliyyat ola biləcəyindən şübhələnirlər.

Bu barədə eşidəndə “Trampın ləğv etdiyi nüvə sazişini Baydenin canlandırmaq istədiyi bir vaxtda MKİ niyə belə bir işə girişdi ki”, deyə soruşduqda belə bir cavab aldım:

“İdarə daxilində İranla münasibətlərin yumşaldılmasının tərəfdarı olan və sərt siyasətin uzlaşma olmadan davam etdirilməsinin tərəfdarı olanlar arasında ciddi fikir ayrılıqları var. İdarəetmədə yenidən hökmranlıq yaratmaq istəyən neoconların İranın tərəfdarı olması və İsrail dövləti ilə əlaqədə olduğu məlumdur”.

İlk baxışdan MOSSAD işinə bənzəyir, amma...

Son sui-qəsd araşdırıldığı zaman klassik MOSSAD əməliyyatının əlamətləri ortaya çıxır. MOSSAD-ın öz sui-qəsdlərində çox vaxt maşında gedən hədəflərinə öz ölkəsinin vətəndaşları yaxınlaşdırılır və sui-qəsd edilir. Bu son hadisədə də eyni əlamətlərin olduğu məlumdur (ilk gələn məlumat belə idi, lakin daha sonra sui-qəsdçilərin idman avtomobili ilə yaxınlaşdıqları məlum olub).

MKİ isə əksinə Obama dövründən bəri sui-qəsdləri pilotsuz təyyarələrlə həyata keçirməyə üstünlük verir. Qasın Süleymanini də belə öldürmüşdülər. Ancaq bu son sui-qəsd İranın sərhədləri daxilində baş verdiyindən bunu MKİ etsə belə, pilotsuz təyyarələrdən istifadə edə bilməzdi. Çünki ondan İran sərhədində istifadə etmək müharibəyə səbəb ola bilər. İndi milli təhlükəsizlik ictimaiyyətinin fikrincə, bu sui-qəsd MKİ tərəfindən İranın sərt siyasət tərəfdarlarının yatırılması məqsədilə həyata keçirilib və MOSSAD-ın işi kimi qələmə verilib.

MKİ-nin “Cənazəçi”si

Amerika dövləti daxilində İranla bağlı ciddi bir mübahisə baş verərkən əgər sərtlik tərəfdarı olanlar bu son sui-qəsdi təşkil etdilərsə, o zaman bu işin görülməsi barədə adı çəkilənlər arasında “Cənazəçi” ləqəbli şəxsi xatırlamaq da doğru olar.

MKİ daxilindəki ən həssas işləri bilənlərin belə adını çəkməkdə tərəddüd etdiyi Maykl Dandrea adlı bir şöbə müdiri var.

MKİ-nin “Qara Əməliyyatlar” şöbənin isə xarici ölkələrdəki sui-qəsdləri və digər qanunsuz işləri MKİ kimi gizli işləyən bir təşkilatda belə xüsusilə gizlədilir. Hətta bəzən Amerika prezidentlərinə də bu barədə yalnız iş bitdikdən sonra xəbər verilə bilər. ABŞ-dakı mənbənin dediyinə görə, bunu ABŞ prezidentini qanuni məsuliyyətdən qorumaq məqsədilə edirlər.

Məhz burada həmin şöbənin rəhbəri olan Maykl Dandrea işçilərin “şirkət” adlandırdıqları MKİ içərisində “Ayətullah Mayk”, “Qara şahzadə” və ya “Cənazəçi” kimi tanınır.

Bölgədəki bir ölkədən olan qadınla evləndikdən sonra özü də müsəlman olan Maykl Dandreanın MKİ-dəki otağında tez-tez namaz qıldığı deyilir. Nə özü, nə də ailəsi ilə bağlı dəqiq məlumat tapmaq mümkün olmadığı üçün, böyük ehtimalla, İran əsilli həyat yoldaşına görə İranı beyninə salan Maykl Dandreaya “Ayətullah Mayk” deyilməsinin əsas səbəbi məhz budur.

Bu sonuncu sui-qəsdin onun şöbəsi tərəfindən edilib edilməməsi çox güman ki, heç vaxt açıqlanmayacaq.

Ancaq indi yalnız bir şey dəqiqdir ki, Bayden hələ Ağ Evə köçməmiş administrasiya daxilində İrana qarşı sərt yanaşanlarla mülayim yanaşanlar arasındakı mübahisələr şiddətlənib.

Son günlərdə idarəetmə daxilində fəal olan neoconların İsraillə işbirliyində sərt mövqedə olanların tərəfinə keçdiyi məlumdur. Ona görə də, bu mühit ucbatından yeni prezidentin İrana görə hələ başının çox ağrıyacağını deyə bilərik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar