Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Əliyeva Şahnaz Məhəmmədəli qızı xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
pia.az