Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gennadi Qudkov: "Azərbaycanın sürətli hücumunu dayandırmaq əsla mümkün deyildi"

Azərbaycan dörddəbir əsrdən çoxdur danışıqların nəticələrini və barışıq gözləyir. Daha doğrusu, sadəcə gözləməyib, ordusunu gücləndirib və modernləşdirib, neft və qaz qiymətlərinin satışındakı payını müasir hərbi texnika və silah almağa yönəldib, siyasi və iqtisadi potensial yaradıb, müttəfiqlərilə, ilk növbədə Türkiyə ilə sıx əlaqələr qurub. Ermənistan isə bu illərdə (2018-ci ilin yazına qədər) iqtisadi və siyasi durğunluq, demoqrafik depressiya (ölkə əhalisi Azərbaycana qarşı 3,5 milyona düşdü, Azərbaycan isə 10 milyona çatdı), Rusiya və qoşunlarının yerləşdiyi sadəlövh illüziya içində idi. Guya Moskva Ermənistan ərazilərini, atəşkəs və status-kvonu sınırsız bir müddətə təmin edəcəkdi.

Ermənistanda hökumət və müxalifətdəki bir çox insan uzun müddət ölkə ordusunun ciddi problemləri, köhnəlmiş silahları və 1980-ci illərdən bəri müharibə aparmaq taktikası olduğunu başa düşdü. Anladılar, lakin Rusiya Federasiyasının “yenilməz və əfsanəvi” ordusuna ümid bəslədilər. Ancaq böhranlara və hərbi macəralara batmış Rusiya Türkiyə və digər geosiyasi oyunçuların təzyiqləri ilə getdikcə zəifləyir və Qafqazdakı nüfuzunu itirirdi. Bundan əlavə, 2018-ci ilin baharında baş verən erməni demokratik “inqilabı” son onilliklərdə dünyada müstəmləkəçi və avtoritar-totalitar rejimləri dəstəkləyən Kremli ciddi şəkildə qorxudurdu.

Bəs Nikol Paşinyanın günahı nədir? Niyə bu gün Ermənistanda onun istefasını tələb edirlər? Bu yazını başlamazdan əvvəl, Ermənistanın demokratik müxalifətinin nümayəndələrinin bir çox müsahibəsini oxudum. Hələ də onların mülahizələrini başa düşmürəm. Bir çox duyğu, məğlubiyyətin acılığı, qarışıqlıq, məyusluq – bu insani olaraq başa düşüləndir. Lakin ittihamlarda praktik olaraq heç bir məntiq və balanslı fakt yoxdur. Erməni cəmiyyəti nəhəng Türkiyənin siyasi və tam mənəvi dəstəyinə güvənən Azərbaycan Ordusunun böyük hərbi üstünlüyü şəraitində müharibənin başlamasından başqa nə gözləyirdi ki?

Fikrimcə, Paşinyanın tək günahı onun Kremlə olan mənasız soyuqluğudur. Ermənistan AB və ABŞ ilə münasibətləri fəal şəkildə inkişaf etdirmək əvəzinə, Krımın mövcud statusunun tanınması ilə Putinə tərəf çıxdı, BMT-də Rusiya və Şimali Koreya ilə həmrəyl oldu. Bir çox Qərb qətnamələrinin əleyhinə səs verdi. Məsələn, necə ola bilər ki, prezident seçkilərində böyük səs oğurlayan Lukaşenkonu tələsik təbrik edənlər arasında Paşinyan da oldu?! Paşinyan hələ də başa düşmür ki, Putin rejimi üçün hər hansı bir demokratiya Rusiya sərhədlərində silahlı bir avtoritar dövlətin güclənməsindən daha çox təhlükəlidir. Bu səbəbdən Rusiya Ermənistana atəşkəslə kömək etməyə tələsmədi. Və Azərbaycanın ərazi iddiaları problemini güc yolu ilə həll etməsinə imkan verdi.

Zəif iqtisadiyyat və köhnəlmiş silahlara sahib bir ordu, demoqrafik vəziyyət, Azərbaycanla danışıqlarda çıxılmaz durum – bunların hamısı sələflərindən Paşinyana miras qalmışdı. Ermənistanın yeni rəhbərliyinin danışıqlar prosesini normallaşdırmaq üçün praktiki olaraq vaxtı yox idi. Eləcə də Azərbaycanın müharibəyə başlamasına təsir göstərə biləcək ciddi arqumentə sahib deyildi.

Bəs Azərbaycanın sürətli hücumunu dayandırmaq mümkün idimi? Əsla! Çünki bütün kişi əhalisinin ümumi səfərbərliyi, çox böyük insan itkiləri və Qarabağda düşməni tükəndirmək məqsədi daşıyan genişmiqyaslı təxribat və partizan müharibəsi fikirləri nağıldan başqa bir şey deyildi. Bu yol Ermənistanı və bütün bölgəni yoxsulluğa, viranəliyə və kütləvi qırğına daşıya bilərdi. Sizcə, üstün bir düşmənlə müharibədən çıxış yolu daha yaxşı və daha şərəfli idimi? Çətin. Əksinə, ölənlərin və yaralananların sayı bir yana, digər nəticələr daha da pis ola bilərdi.

Paşinyan Ermənistanı daha ağır məğlubiyyətdən qurtarmaq üçün özünü qurban verdi. Ölkənin əvvəlki hökmdarlarının bütün səhvlərinə görə, məsuliyyəti açıq şəkildə öz üzərinə götürdü. Paşinyan bunu Ermənistanda uzun illər ərzində yaranan sələflərə və ya keçilməz vəziyyətlərə yönəltmədi. Özünü məsuliyyətli bir demokratik siyasətçi kimi apardı, səhvləri və məğlubiyyəti etiraf etməkdən çəkinmədi. Fədakarlığı ilə o, minlərlə Ermənistan vətəndaşının həyatını xilas etdi və bəlkə də ölkəni daha alçaldıcı bir durumdan qurtardı.

Mən Nikol Paşinyanın vəkili deyiləm – onun gələcək taleyini həll etmək erməni xalqının müstəsna hüququdur. Mən başqa bir şeydən narahatam. Bütün bunlar Paşinyanın Ermənistanın başında qalıb-qalmayacağı deyil. Erməni xalqı azad, demokratik bir ölkə qurmaq, sivil dünyanın bir parçası olmaq istəyini qoruyub saxlayacaqmı? Yoxsa, avtoritar fiqurlar yenidən qayıdacaqlar. Onlar üçün Putinlə “dostluq” siyasi bir kredo, insan hüquqları və azadlıqlarının boğulması adi haldır.

Gennadi Qudkov, “Exo Moskva”, 29 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev(konkret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar