Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

Erməni sosial şəbəkə istifadəçiləri Qarabağdakı Rusiya sülhməramlılarına üstüörtülü hücumlar təşkil etməyə çağırırlar ki, sonra bunda Azərbaycanı günahlandırsınlar.

PİA.az xəbər verir ki, “Telegram” kanallarının erməni istifadəçiləri Rusiyanın “DQR-in müstəqilliyini” tanıması üçün Abxaziya ssenarisindən istifadə etməyi təklif edirlər.

“Şəhid paltarını geyinirik və gedib günahsız rusları öldürürük”, - erməni istifadəçilər yazırlar.

Onların məntiqinə görə, bu vəziyyətdə rəsmi MoskvaAzərbaycana qarşı qoymağa mümkün olacaq. Ermənilər çirkin hədəfləri naminə onların təhlükəsizliyini təmin etməyə çağrılan Rusiya sülhməramlılarını qətlə yetirməyə hazırdırlar. Hər halda, canlarını qurtardıqlarına görə ermənilərin verdikləri çörəyi dadmadan əvvəl rusiyalı sülhməramlılar 100 dəfə düşünməlidirlər.

Şübhəsiz ki, erməni təxribatçılar bu təklifi qəbul edə və həyata keçirməyə tələsə bilərlər. Ancaq çətin ki, bu plan işə yarasın. Çünki bu haldan sonra istintaq aparan Rusiya hüquq-mühafizə orqanları cinayətin təşkilatçılarını tez tapacaqlar və İrəvan vəziyyətdən çıxmaq üçün daha böyük yalan uydurmalı olacaq.

Erməni istifadəçilərinin alçaqlığına başqa bir nümunəsi isə Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərinin yetərincə minalamadıqlarına təəssüflənmələridir.

“Hər millimetr minalanmalıydı”, “həm kilsələri, həm də abidələri, hər şeyi partlatmaq lazım idi”, - deyə ermənilər sosial şəbəkələrdə yazırlar.

Eyni zamanda, ermənilər unudurlar ki, mina partlayışının qurbanı istənilən insan ola bilər, həmçinin erməniləri qoruyan Rusiya sülhməramlıları da. Və elə ermənilərin özləri də... (oxu.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

Bakıda məşhur biznesmenin oğlu "Range Rover"lə qəza törətdi, hadisə yerində öldü - Video

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Xırdalandakı partlayışda dağıntılar altından altı nəfər çıxarılıb - Foto,Video, Yenilənib2

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

Putin Navalnının onun haqqında hazırladığı “Putinin sarayı” filminə münasibət bildirib

Ən çox oxunanalar