Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

5 bacının tək qardaşı: Mayor Zeynalovun Qubadlıdakı son döyüşü

Həyatın fani olduğunu hər kəs qəbul edir. Amma hikmət ondadır ki, torpağı uğrunda şəhid olan kəslərə aid deyil bu “qanun”. Şəhidlər ölməzdirlər, əbədidirlər. Belə ölməz şəxslərdən biri də illərdi tanıdığım və böyük hörmət bəslədiyim mayor Müseyyib Zeynalovdur.

Hələ uşaqlıqdan Müseyyibin ən böyük arzusu hərbçi olaraq Vətənin keşiyində durmaq olub. O, bu məqsədlə 7-ci sinifdə orta məktəbdən ayrılaraq C.Naxşıvanski adına hərbi litseyə daxil olub. Litseyi bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib.

Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirən Müseyyib Zeynalov Gəncədəki N saylı hərbi hissədə zabit kimi qulluq edib. Sonralar xidmətini ayrı-ayrı hərbi hissələrdə davam etdirsə də onun bilik və bacarığı yüksək qiymətləndirilərək Ali Hərbi Məktəbə müəllim keçirilib. Ali Hərbi Məktəbdə 12 il dərs deyib. Yüzlərlə zabitin hazırlanmasında əməyi olan M.Zeynalov öz xahişi ilə Tərtərə, cəbhə xəttində xidmətə göndərilib. Aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə Müseyyib Zeynalov xidmət müddətinin başa çatması ilə əlaqədar mayor rütbəsində ehtiyata buraxılıb.

Müseyyib bir insan kimi də çox diqqətli və səmimi olduğundan onu tanıyan bütün insanların səmimi hörmətini qazanmışdı. Ermənistanın Azərbaycana sentyabr təcavüzü zamanı ehtiyatda olan mayor kimi dərhal öz xahişi ilə Vətən Müharibəsinə yollanıb. Qubadlı rayonunun alınmasında igidliklər göstərib. Hətta Qubadlı şəhərindən anasına zəng vuraraq hər şeyin yaxşı olduğunu bildirib, nigaran qalmamasını xahiş edib. Kim bilir, bəlkə də Müseyyib anasına halallıq üçün zəng vurub?! Çünki bu zəngdən sonra ağır döyüşdə Müseyyib Zeynalovun komandiri və əsgərlərinin bir neçəsi şəhid olub. Bununla barışmayan mayor M.Zeynalov komandirliyi üzərinə götürərək əks hücuma keçib. Hücum zamanı düşmənin onlarla əsgər və zabiti məhv edilib. Bundan qəzəblənən düşmən cəsur mayorun olduğu mövqeni artilleriya atəşinə tutub. Nəticədə M.Zeynalov çiynindən ağır yara alaraq döyüş mövqeyində qalıb. Həmin mövqeyə yaxınlaşan düşmən yaralı mayora yaxın məsafədən 12 güllə vuraraq çəkilib... Müseyyibin nəşi 8 gün həmin neytral sahəyə çevrilmiş mövqedə qaldıqdan sonra hücuma keçərək düşməni darmadağın etmiş hərbi qüvvələrimiz tərəfindən götürülüb.

Anası Səfurə xala deyir ki, Müseyyibin üzünü uşaq vaxtından doyunca görə bilməyib: “Uşaqlıqdan hərbi məktəb oxumağa yollanmışdı. 5 bacının yeganə qardaşı olan oğluma el-oba məhəbbəti mənə təsəlli verir. Fəxr edirəm ki, oğlum Vətən uğrunda, cəmisi 42 yaşında şəhid oldu”.

Ana bu sözləri deyib ağlayır. Müseyyibin atası Saleh kişi də oğluna olan el məhəbbətindən qürur duyduğunu, yeganə oğlunun şəhid olması ilə fəxr etdiyini dedi. Bizimlə söhbətə qoşulan şəhid mayorun bacıları Sitarə və Kəmalə isə onun həddən artıq şən və ürəyi həyat eşqi ilə döyünən bir qayğıkeş qardaş olduğunu söylədilər. Sitarə dedi ki, qardaşı başqa cür dünyasını dəyişsəydi ona təəccüblü gələrdi: “Müseyyib kimi hərbçi və ürəyi Vətən eşqi ilə döyünən insan məhz elə şəhid olmalı idi, qardaşıma şəhidlik yaraşır...”.

Beləcə duyğulanıb, qapısından Azərbaycan və Türkiyənin qoşa bayraqları asılmış şəhid mayorun evindən ayrılırıq... Gözlərimiz önünə səhid mayor Müseyyib Zeynalovun gülər üzü və şən çöhrəsi gələrək sanki bizi ovundurmaq istəyir...(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Cahangir Əsgərova məxsus şirkətlərin siyahısı

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

Siyavuş Novruzov Əli Həsənovu və Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırdı

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

"Evlərin sənədləri toplanılanda Əli Həsənovun bu restoranında jurnalistlərin uzun növbəsi yaranmışdı"

Ən çox oxunanalar