Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin Fransa üzərindən həmləsinə cavab: Azərbaycan da Şimali Kipri tanıya bilər

Professor Kürşad Zorlu
“Habertürk”, Türkiyə, 26 noyabr 2020-ci il

Fransa Senatı partiyaların ortaq imzası ilə “Dağlıq Qarabağın tanınmalı olduğunu” ehtiva edən qərarı 305 millət vəkilinin lehinə səs verməsilə qəbul etdi. Qərarın hüquqi qüvvəsi yoxdur. Fransa hökumətinə bir mesaj xarakteri daşıyır. Bu, əslində, Paşinyan hökumətinin bir müddətdir üzərində çalışdığı həmlənin ilk mərhələsi idi. Döyüşlər gedən zaman bir çox təşəbbüs edilmişdi, lakin layihəni Senata gətirə bilməmişdilər. Ötən həftə də 15 şəhərin bələdiyyə başçısı və Paris bələdiyyə məclisi buna bənzər bir qərar vermişdi.

Qərarın qəbul edilməsindən sonra öz sosial media hesabından bir açıqlama verən Ermənistan Baş naziri Nikol Paşinyan qərar layihəsinin Fransa Senatı tərəfindən qəbul edilməsini tarixi bir həmlə olaraq dəyərləndirdi və bunun başqa ölkələrdə də bənzər qərarların qəbul edilməsinin önünü açacağını ifadə etdi. Doğrusu, Paşinyanın davranışı mənasız təsəllidən başqa bir şey deyildir. Lakin bir arxa planı vardır…

Senatda qəbul edilən bu qərar layihəsinin arxasındakı şəxslərdən biri Fransadakı Erməni Təşkilatlarının həmsədri Murad Papazyan (Mourad Papazian) “Fransa daha öncə də bir neçə dəfə Dağlıq Qarabağın statusunu müzakirə etdi və buranın təhlükəsizliyi ancaq müstəqilliyinin tanınması yolu ilə təminat altına alına bilər” deyərkən erməni diasporasının Fransa vasitəsilə tanınma haqqında qərarın verilməsilə status məsələsindəki mövcud qeyri-müəyyənliyi aşmaq istədiyinə işarət edir.

Qərarın verilməsindən sonra Fransa Xarici işlər naziri Jan İv Le Drian açıqlama verdi ki, “Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması heş kimə fayda verməz”.

Ötən həftə fransız nazir parlamentdə bir millət vəkilinin sualına cavab verərkən belə demişdi: “Bu atəşkəs təməldəki problemi həll etməz. İndi ortaya çıxan əsas sual budur: qeyri-müəyyənliklər gələcəkdə necə həll ediləcək? Öncə Fransa Prezidenti ilə Putin arasında, dünən də Parisdə Xarici işlər naziri Mayk Pompeo ilə mənim aramda görüşlər oldu. Atəşkəsin qeyri-müəyyənliklərini ortadan qaldırmaq üçün Moskvada bir toplantı keçirəcəyik. Problemlər – qaçqınlar, atəşkəsin parametrləri, Türkiyənin varlığı, döyüşçülərin dönüşü və Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin başlamasıdır.”

Belə anlaşılır ki, Fransa, Rusiya ilə Türkiyənin problemin həllinə yönəlik atdığı addımlar qarşısında Ermənistanın könlünü almağa və ATƏT-in Minsk qrupunu dövrəyə soxmağa çalışır.

Fransanın bu addımları məsələnin çox kritik olan başqa bir tərəfini xatırladır. Deyəsən, 2007-ci il idi. Azərbaycandan gələn və əksəriyyəti iş adamlarından ibarət olan sərnişinləri daşıyan bir təyyarə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) enmişdi. Təbii, o zaman həm Türkiyədə, həm də ŞKTC-də fərqli bir iqlim mövcud idi. Ermənistanla sərhədlərin açılması belə, yazılıb-pozulurdu. Mənim kimi hadisənin mahiyyətini anlayan bir çox adam bu təyyarənin gəlməsilə bağlı verilən qərardan həyəcanlanmışdı. Ancaq ardı gəlmədi. Səbəbini o tarixlərdə getdiyim Bakıda iqtidardakı Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovdan soruşmuşdum. Verdiyi cavab bu günə işıq tuturdu: “Bu təyyarədən sonra Avropa Parlamenti bizə çıxdı və dedilər ki, əgər siz ŞKTC-ni tanısanız, biz də Dağlıq Qarabağı tanıyarıq. Biz də bundan sonra Türkiyə ilə görüşərək prosesi durdurduq”.

Bir müddət sonra bu açıqlamanı ilk dəfə Türkiyə mətbuatında gündəliyə gətirdim və davamlı olaraq ŞKTC-nin tanınmasının bir gün mümkün olacağını anlatmağa çalışdım.

İndi gəlinən mərhələdə Fransa və AB-nin səlahiyyətli şəxsləri bunu bilməlidirlər ki, əgər şərtlər belə davam edərsə, ŞKTC-nin tanınması, həqiqətən, çox uzaq deyildir…

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar