Şirvan şəhərində 58 yaşlı qadını avtombil vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakininin idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Kamilova Ziyafət Ədalət qızını vurub. Ağır xəsarətlər alan piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
pia.az