Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq

Rusiya ilə fikir ayrılıqları fonunda Türkiyə Qərblə əməkdaşlığını və xarici siyasətini dəyişir. 

“Bloomberg” agentliyi xəbər verir ki, Ankaranın bu addımı həm də ölkə iqtisadiyyatını gözləyən yeni sanksiyalar təhlükəsidir.

Rusiya ilə fikir ayrılıqları, ABŞ-da prezident seçkilərinin nəticəsi və yeni sanksiyalar Türkiyəni ənənəvi Qərb müttəfiqləri və Səudiyyə Ərəbistanı ilə yaxınlaşmağa vadar edir.

2018-ci ildə növbədənkənar prezident seçkilərində qələbə qazandıqdan sonra Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Qərblə daha sıx münasibətlərdən imtina edərək Moskva ilə yaxınlaşmağa başladı. Amma “Bloomberg” agentliyinin mənbələri son hadisələrdən sonra Ankaranın xarici siyasətində yeni dəyişikliklərə getdiyini xəbər verir.

Həmin önməil hadisələr sırasında Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibə və Donald Trampın ABŞ-da prezident seçkilərində məğlub olması misal göstərilir. Tramp Ankranın Rusiyadan S-400 zenit-raket kompleksi almasına cavab olaraq, ölkəni F-35 təyyarələrinin hazırlanması prosesinsən kənarlaşdırmışdı. Bununla belə, Trampla Ərdoğan arasında münasibətlər kifayət qədər normal olub.

Trampdan fərqli olaraq, Konqres Türkiyənin sərt cəzalandırılmasını istəyir və hətta, bununla bağlı qanun latihəsi də hazırlayıb. Ankaraya qarşı sanksiyalar dekbarın 10-da Avropa Birliyi liderlərinin görüşündə də müzakirə olunacaq. Buna səbəb, Türkiyənin Aralıq Dənizinin mübahisəli hissəsində geoloji kəşfiyyat işləri aparması olacaq.
Türkiyənin Moskvadan Brüsselə üz çevirməsinin daha bir səbəbi kimi, Rusiyanın S-400 raketlərinin birgə istehsalı üçün texnologiyanı bölüşməməsi əsas gətirilir.

Xarici siyasət kursunun mümkün dəyişdirilməsi fonunda Ankara Co Baydenin çoxmilli institutların yaradılması, transatlantik əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər göstərəcəyinə üid bəsləyir. Türkiyənin Yaxın Şərqdə “qaynar nöqə”lərdə mövcudluğu isə NATO-ya Rusiyanın istilaçı siyasətinin qarşısını almağa şərait yaradacaq.(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir?

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Tağı Əhmədovun xanımı: “O da insandır, dağ deyil, daş deyil”

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Erməni mənbələri: Ermənistan hərbçiləri Qarabağdan çıxarılır

Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”

Polkovnik Tehran Mənsimov fəaliyyətini idarə rəisi vəzifəsində davam etdirir

Bakıda gənc qadını doğrayıb zibil qutusuna atdılar - Yenilənib

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

Prezident Şuşa üzrə xüsusi nümayəndəsini təyin etdi

Ən çox oxunanalar