Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş Ağdamdadır

Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Ağdamda səfərdədir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, səfərin təşkilində məqsəd Ağdamda Ermənistan törədilmiş vəhşiliyi, vandalizmi beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır.

“Bu səfərdə diplomatik korpusun nümayəndələri, Ağdamın “Qarabağ” futbol klubunun üzvləri iştirak edir. Qeyd edim ki, “Qarabağ” uzun illər məcburi köçkün klubu kimi fəaliyyət göstərib”, - deyə o vurğulayıb.

Prezidentin köməkçisi deyib ki, səfər zamanı həmçinin fransalı fotoqrafın sərgisinə baxış keçirilib: “Fransalı fotoqraf 1992-ci ildə Xocalı soyqırımı zamanı burda olub, həmin illərdə o, Ağdam məscidinin qarşısında öz yaxınlarını axtaran insanların şəklini çəkib. Müqayisəli şəkildə biz o şəkilləri diplomatik korpusun diqqətinə çatdıracağıq. Futbol klubu həmçinin simvolik futbol oynayacaq”.

H. Hacıyev qeyd edib ki, uzun illər ermənilərin törətdiyi bu vəhşiliyi dünya ictimaiyyətinə çatdırmaq mümkün olmayıb: “Artıq bu torpaqlar Azərbaycanın nəzarətindədir, onlar hər şeyi real olaraq öz gözləri ilə görürlər. Burada izah verməyə ehtiyac yoxdur. Çünki ermənilərin ağdamlılara qarşı törətdiyi etnik təmizləmə göz qabağındadır. Ağdamlılara qarşı törədilmiş etnik təmizləmə əgər beynəlxalq hüquqa əsasən genosid adlandırılırsa, şəhərə qarşı törədilmiş vəhşilik isə “urbicide” adlandırıla bilər. Bu, 1963-cü ildən bəri beynəlxalq münasibətlərdə şəhərlərə qarşı vəhşiliyi xarakterizə edən bir termindir. Bu gün Ağdam şəhəri, eyni zamanda Azərbaycanın Füzuli şəhəri “urbicide”nin bariz bir nümunələridir”.

pia.az


Etiket: Ağdam

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar