Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Cəbrayılda azərbaycanlı qəhrəmanın büstünü dağıdıblar - Foto

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan minlərlə obyekt yerlə-yeksan olunub.

Onlardan biri də Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyidir. Muzey Cəbrayıl rayonunun mərkəzində yerləşirdi.

Vaxtilə Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi fəaliyyət göstərmiş ev müzeyi Cəmil Əhmədovun xatirəsinin əbədiləşdiriliməsi, ona aid məlumat və eksponatların toplanılması, sərgilənməsi məqsədilə açılmışdı.

Qeyd edək ki, Cəmil Əhmədov Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədlinin böyük qardaşı olub.

Cəmil Əhmədov İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçib.

O, 1924-cü ildə Cəbrayıl rayonunun mərkəzində dünyaya göz açmış və 1942-ci ildə orduya xidmətə getmişdi. Cəmil Əhmədov 18 yaşında cəbhəyə yollandı, 20 yaşında qəhrəman oldu.

O, İrkutsk-Pinsk diviziyasında vuruşub. Sovet İttifaqı Qəhrəmanı oluncaya qədər “Aleksandr Nevski”, “Qırmızı ulduz” ordenləri almışdı. Qvardiya leytenantı olub. Leytenant rütbəsi aldıqdan sonra Belarun alman faşistlərindən azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdi.

1944-cü ildə, Belorusda, Prujinitsa adlı yaşayış məntəqəsində düşmən müdafiəsini yarmaq uğrunda döyüşlərdə Cəmilin atıcılar vzvodu böyük hünər göstərdi, o özü on hitlerçini məhv etdi. İkinci gün, Kupyatiçi yaşayış məntəqəsi uğrunda döyüşdə Cəmil üç dəfə yaralandı, amma döyüş meydanını tərk etmədi.

Cəmil Əhmədovun komandir olduğu bölmə Belarusda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdi.

Bundan iki ay sonra Polşada, Narev çayı sahilində, Zalupitsa yaşayış məntəqəsini azad etmək uğrunda döyüşdə yenə, bu dəfə dörd dəfə yaralandı. 1944-cü ilin 6 oktyabrında Polşa ərazisində qəhrəmancasına həlak oldu və Varşavada Sovet döyüşçülərinə aid qəbirstanlıqda dəfn edildi.

Onu da nəzərə alaq ki, Sovet hökumətinin hər azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adını verməyə əli qalxmırdı. Gör, C.Əhmədov necə igidlik göstərmişdi ki, Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdi.

C.Əhmədov 24 mart 1945-ci ildə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.

Cəmil Əhmədovun xatirə muzeyinin açılışı 1985-ci ilin may ayında II Dünya Müharibəsində faşizm üzərində qələbənin 40-illik yubileyi münasibəti ilə baş tutmuşdu. Xatirə muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə rayonun ən qədim təhsil ocağı hesab edilən Cəmil Əhmədovun adına olan orta məktəbin həyətyanı sahəsində inşa edilmişdi. Ümumi sahəsi 100 kvadratmetr olan muzey üç otaqdan ibarət idi.

C.Əhmədovun xatirə kompleksindəki büstü tanınmış heykəltaraş Ömər Eldarov tərəfindən hazırlanmışdı.

Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlamış, sonradan bu eksponatların sayı 800-ə çatdırılmışdı.

Muzeyin ekspozisiyası A. Nevski ordenli, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun hərbi vətənpərvərlik fəaliyyəti haqqında ətraflı məlumat yarada bilirdi. Muzeydə saxlanılan eksponatların çoxu nadir hesab olunurdu. Burada əsgər məktubları, hərbi geyimli şəkillər, özünün yazdığı şeirlər, avtoqrafları, əsgər paltarı, “Sovet İttifaqı Qəhrəmanı” fəxri adının diplomu, o cümlədən, onun 29.09.1944-cü il tarixli sonuncu məktubu da saxlanılırdı. C.Əhmədov bütün SSRİ-də yeganə şəxsiyyət idi ki, 20 yaşında alay (rota) komandiri və Sovet Ittifaqı Qəhrəmanı olmuşdu.

Belə bir şəxsiyyətin xatirə muzeyi ermənin təcavüzü nəticəsində darmadağın edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar