Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”

Baş verənlərdən sonra deyə bilərik ki, ATƏT-in Minsk Qrupu mövcud formatda ola bilməz.

Bunu Media.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

O, Fransa Senatının sadəcə mənasız olan qətnaməsindən heç bəhs etmək belə istəmədiyini deyərək, Parisin ümumiyyətlə bir tərəfə - Ermənistana tam dəstək göstərdiyini vurğulayıb.

“Fransa sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri, yəni vasitəçisi ola bilməz”, - deyə politoloq əlavə edib.

ABŞ-a gəlincə isə M.Brayza bildirib ki, ölkə prezidentinin bu payıza qədər Qarabağ münaqişəsi barədə məlumatlı olmasına inanmır:

ABŞ iyul döyüşlərindən sonra nizamlanmada heç bir rol oynamadı. Siyasi boşluq yarandı. Bu, xüsusən İkinci Qarabağ müharibəsinin sonunda, siyasi bir razılaşma masada olduğu zaman nəzərə çarpdı. Sülhməramlılara ehtiyac var idi, bu göz qabağındadır. ABŞ və Fransa həmişə Rusiya sülhməramlılarına qarşı olublar (Gürcüstan və Moldova təcrübəsini xatırlayırıq). Ancaq Qarabağ münaqişəsindən danışırıqsa, yalnız Rusiya onları təqdim etməyə hazır idi”, - deyə sabiq səfir bildirib.

Bununla yanaşı o, Türkiyə amilini də xatırladıb.

NATO-nun ikinci böyük ordusunun kontingenti indi Rusiya ilə imzalanan müqaviləyə əsasən Azərbaycanda görünəcək. Moskva və İrəvan hər zaman bunun əleyhinə olub, lakin indi Türkiyə qoşunları Azərbaycanda olacaq və onlar sabitləşdirici qüvvədir. Yeni bir geosiyasi vektor yaradılır. Və bu çox maraqlıdır”, - deyə Metyu Brayza vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar