Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Hicran Hüseynova: “Prezidentin təsdiq etdiyi plan məişət zorakılığının aradan qaldırılmasına töhfədir”

“Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün hər üç istiqamətdə əsaslı nailiyyətlər əldə olunub. Xüsusilə də bu sahədə bir sıra mühüm qanunlar qəbul edilib və davamlı islahatlar aparılıb. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. Bu qanunların qəbul edilməsində respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çox böyük rolu olub”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Əhalinin rifah halının yaxşılaşdırılıması üçün həyata keçirilən sosial islahatlar nəticəsində hər bir təbəqənin hüquq və azadlıqları nəzərə alınır və bu proses davam etməkdədir.

Lakin bütün bunların fonunda qadınlara qarşı zorakılıq, bütövlükdə məişət zorakılığı, cinsi mənsubiyyətinə görə tətbiq edilən zorakılıq həm cəmiyyətimiz, həm də dövlətimiz üçün çox aktual olan mövzulardandır. Ölkəmiz 1995-ci ildən qadınlara qarşı ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında Konvensiyanı ratifikasiya edib və hər beş ildən bir dövrü hesabat verir. Məlum olduğu kimi, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Qanunun tətbiqi ilə bağlı bir sıra mexanizmlər müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə 5 sənəd qəbul olunub. Bu qanunun implementasiyası üçün 2012- 2019-cu illər ərzində respublikanın rayon və şəhərlərində mövzusunda məhkəmə işçilərinin, hakimlərin, hüquq-mühafizə orqanlarının, nazirliklərin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə regional konfranslar, təlimlər, dəyirmi masalar, sorğular keçirilib.

Eyni zamanda, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) 3.5.2.1-ci bəndinin icrası məqsədilə yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Həmçinin, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gender əsaslı zorakılıq hallarının qarşısının alınması, ölkədə gender bərabərliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi məsələləri öz əksini tapıb. Qadınlara qarşı zorakılıq yeni qəbul olunmuş Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi çərçivəsində qlobal dayanıqlı inkişafa maneə kimi qəbul edilib. Qadınlara qarşı zorakılığın aradan qaldırılması ilk dəfə qlobal inkişaf məqsədlərinin (Məqsəd 5.2) prioritetlərindən biri kimi təyin olunub və bizim də bu sahədə öhdəliklərimiz var.

Zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Qadınlara qarşı zorakılığın mühüm nəsillərarası fəsadları da var ki, buraya uşaqların (məs. körpə ölümü səviyyəsinin yüksək olması, təhsil göstəricilərinin aşağı olması, zorakılığa məruz qalma və ya yetkinlik dövründə zorakılıq törətmə), ailələrin (boşanma səviyyəsinin artması və ailələrin dağılması, qeyri-stabil yaşayış yeri və nəsillərarası münasibətlər) məruz qaldığı təsirlər daxildir.

Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Məhz bu baxımdan, noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı qarşımızda dayanan vəzifələrin yerinə yetirilməsinə mühüm töhfə verəcəkdir. Bu sənədin əsas əhəmiyyətlərindən biri də müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən (AQUPDK) Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsidir. Bu isə həmin istiqamətdə fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının məsuliyyətini bir daha artırır. 21 ildir ki, BMT-yə üzv dövlətlər 25 nöyabr tarixini “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” kimi qeyd edir və 16 günlük fəallıq kampaniyası keçirir. Bu günlərdə belə bir sənədin qəbul olunması xüsusi mahiyyət daşıyır”, - deyə Hicran Hüseynova qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir?

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

Tağı Əhmədovun xanımı: “O da insandır, dağ deyil, daş deyil”

Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Bakıda gənc qadını doğrayıb zibil qutusuna atdılar - Yenilənib

Prezident Şuşa üzrə xüsusi nümayəndəsini təyin etdi

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırlayıb

Ən çox oxunanalar