Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağda Ermənistan Müdafiə Nazirliyinin nə iti azıb?

Məhbusların qaytarılması, itkin düşənlərin axtarışı və ölən hərbçilərin cəsədlərinin mübadiləsi ilə bağlı işlərin səmərəli təşkili üçün Dağlıq Qarabağda Ermənistanın Müdafiə Nazirliyinin də daxil olduğu xüsusi qərargah yaradılıb.
 
PİA.az xəbər verir ki, məlumatı “Sputnik-Ermənistan” portalı yayıb.
 
Portalın bildirdiyinə görə, Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan ilə Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun cümə günü keçirilən iclasda Qarabağdakı vəziyyəti müzakirə ediblər.
 
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir sülhməramlı kontingentin operativ yerləşdirilməsi, Dağlıq Qarabağda sülhün yaradılması və qorunması istiqamətində genişmiqyaslı işlərə görə Rusiya tərəfinə təşəkkür edib.
 
Görüş zamanı Harutyunyan məhkumların geri qaytarılması, itkin düşənlər üçün axtarışların aparılması və ölən hərbçilərin cəsədlərinin dəyişdirilməsi prosesinin vacibliyini xüsusilə vurğulayıb.
 
Məlumatda o da qeyd olunur ki, Ermənistan Müdafiə nazirinin tələbi ilə general-leytenant Muradov missiyanın gedişatını və sülhməramlıların yerləşdirildiyi yerdəki vəziyyət haqqında məlumat verib.
 
Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünə daxildir və rəsmi Bakı ona hər hansı status verməyib. Ermənistan isə bizə düşmən ölkə sayılır. Elədirsə, bizim ərazimizdə yaradılması nəzərdə tutulan xüsusi qərargahın işinə düşmən ölkənin burun soxması suverenlik haqlarımıza müdaxilə deyilmi? Rəsmi Bakı bu faktı əsas götürüb rus “sülhməramlı”larının neytral zonada bulunmadıqlarını, Ermənistan tərəfiylə aparılan istənilən müzakirələrin sülhməramlılıq təyinatının aşdığını Moskvanın diqqətinə çatdırmalıdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar