Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk əsgəri nə zaman Qarabağda olacaq? - Türkiyəli deputatdan mühüm açıqlama

“Türk Ordusunun Qarabağa gəlməsi üçün hazırlıqlar davam etdirilir. Ən qısa zamanda əsgərlərimiz Qarabağda olacaqlar”.

PİA.az xəbər verir ki, bu sözləri Modern.az-a Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım Türk Ordusunun Qarabağa gəlib-gəlməyəcəyi haqqında Azərbaycanda olan narahatlıqlardan danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bu barədə narahatlığına heç bir əsas yoxdur:

“Qeyd etdiyim kimi, hazırlıqlar tamamlandıqda əsgərimiz Qarabağa gələcək. Lakin mən dəqiq tarix deyə bilmirəm.

Türk Silahlı Qüvvələrinin Qarabağda olmasını istəyən Azərbaycan tərəfidir. Ermənistanla bağlı Fransa Senatında verilən qərar var. Fransa Senatı hökumətin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıması üçün təkliflə çıxış etdi. Senatın bu qərarını biz qətiyyən qəbul etmirik. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Fransa dövləti isə senatın mövqeyini dəstəkləmədi.

Türk əsgərinin Qarabağa gəlməməsi üçün ən xırda problem belə yoxdur. Hazırlıqlar görülüb. Ən qısa zamanda əsgərlərimiz Qarabağa gələcəklər. Fransa kimi ölkələrin və Avropanın bununla bağlı bütün narahatlıqlarına isə aydınlıq gətirilib. Heç bir əngəl yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar