Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan arvadını Xankəndinə generalların yanına niyə göndərirmiş...

Ermənistan baş naziri Nikol Paşinyan özü həyat yoldaşı Anna Akopyana “Qarabağ müdafiə ordusu” qərargahının iclasının keçirildiyi bunkeri ziyarət etməyi tapşırıb.

Bu barədə Paşinyan Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyanın açıqlamalarına münasibət bildirərkən deyib.

"Həyat yoldaşım mənim göstərişimlə Xankəndində generalları ziyarət etdi. Ermənistanın baş nazirinin ailə üzvünün səfərini hərbçilər dəstəkləməli və ruh yüksəkliyi yaratmalı idi. Həyat yoldaşım Xankəndindəki sığınacaqlarda qida və su paylanması ilə şəxsən məşğul olurdu.

Kim söylədi ki, baş nazir ailəsinin üzvü mülki əhalinin 70% -nin tərk etdiyi şəhərdə olmalıdır? Məgər bombardman altında olan Xankəndi Baden-Baden kurortuna bənzəyirdi?”.

Paşinyan təmas xəttinin cənub istiqamətindəki hərbi əməliyyatların uğursuzluğunda Akopyanın günahkar olduğunu bildirib: "Cəbhənin cənub istiqamətində iflasa uğrayan general, bir neçə il əvvəl müdafiə nazirliyinin büdcəsindən 42 milyon pul mənimsənilməsi səbəbiylə başladılan cinayət işində ittiham olunduğunu unudaraq mətbuat konfransı keçirir”.

Bundan əvvəl Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi general-polkovnik Movses Akopyan komanda məntəqəsinə Anna Akopyanın gəlməsindən danışmışdı:

“Monitorda oturub döyüşün qeydinə baxırdı. General-leytenant Samvel Babayan da orada idi. Ancaq sual vermədi və heç nə demədi. General ona yaxınlaşdı və dedi ki, burada olmamalısan. Akopyana görə, bu hadisədən sonra Paşinyanın adından onun Qarabağ “müdafiə ordusunun” komanda məntəqəsinə gəlməsi qadağan edilib”.

Xatırladaq ki, məlum açıqlamalarından sonra M.Akopyana cinayət işi açılıb.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar