Çərşənbə axşamı, 19 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

10 noyabr üçtərəfli razılaşması əsasında dekabrın 1-də Azərbaycanın nəzarətinə qaytarılacaq Laçından ermənilərin köçü davam edir.

On illərdir bu torpaqlarda qanunsuz məskunlaşan, qovub çıxardıqları azərbaycanlıların evlərinə doluşub yaşayan ermənilər-mülki geyimli işğalçılar daha əvvəl KəlbəcərAğdamdan köçəndə etdiklərini burada da təkrar edirlər. Xarici KİV-lər onların Laçında əllərinə keçəni daşıyıb apardıqlarını və geridə qalanlara od vurduqlarını yazır. Bu, əsrlərdir dəyişməyən erməni xisləti, xəstəliyi və vandalizmidir.

“Daily Storm” yazır ki, Laçın rayonunun dəhlizə yaxın yerləşən Qarıqaya kəndində yaşayan ermənilər evləri, mağazaları dağıdıb yandırır və regionu tərk edir. Onların bir çoxu Yerevandakı qohumlarının yanına üz tutur, amma deyirlər ki, koronavirusa görə Gürcüstan sərhədi bağlamasaydı rədd olub Rusiyaya yaşamağa gedərdilər. Çünki Ermənistanın özündə də dolanışıq, perspektiv görmürlər.

Kənddə indiyədək qanunsuz yaşayanlar günlərdir söküntü işləri ilə məşğuldur-onlar hər şeyi sökürlər və daşıyırlar, hətta döşəmə laminatını və paslı boruları belə. Və söküntü işlərini başa çatdırandan sonra evlərə od vururlar. Bildirilir ki, təkcə ötən gün noyabrın 26-da Qarıqayada 5 ev yandırılıb.

Laçın şəhərinin özündə də hazırda çox az erməni qalıb. Onlar şəhərin Azərbaycanın nəzarətinə veriləcəyi haqda xəbərlər eşidəndən sonra köçməyə başlayıblar.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əli Həsənovun Azərbaycana gətirilməsini həyat yoldaşı təkzib etmədi

Diplomatiyamızın “topal generalları”... - Onların haralara və nəyə xidmət etdiklərini anlamaq asan deyil

Rəşid Mahmudovdan açıqlama: “O dünyadan danışıram“

Rusiya Türkiyəni Cənubi Qafqaza buraxmamaqda israr edir - Bəs ikili arasında yaranan soyuqluğun tək səbəbi Qarabağdır?

“Yenə yalan danışırsan!” - Azərbaycanlı deputatdan Lavrova sərt cavab

“Bağlı qapılar arxasında qurulan planlar...” - Ərdoğandan şok Qarabağ açıqlaması

Şuşaya “İsgəndər” raketi atdıq: Ermənilərdən etiraf - Video

Prezident məmurlara xəbərdarlıq etdi: “Təmizləmə prosesi gedir və gedəcək”

“Baku Medikal Plaza” qazinin övladının nəşini girov saxlayır

Demoqrafik kollaps: Erməni əhali hara gedir və niyə?

İki gün əvvəl ordudan tərxis olunan əsgər vəfat etdi

loading...

Ən çox oxunanalar