Şənbə, 16 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kəlbəcər dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir diyardır

Kəlbəcər rayonu dilbər guşələri oz qoynunda daşıyan Azərbaycanımızın ayrılmaz bir parçasıdır. KəlbəcərAzərbaycanda dünya miqyasında ən güclü ordulardan birini formalaşdıran Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.

Bir sıra tarixi-mədəni sərvətləri özündə əks etdirən Kəlbəcərin təbiətə bəxş etdiyi min bir nemətlərdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu hesab olunan - İSTİSUDUR. O zamanın ən görkəmli kimyaçı alimi E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirməsi və bu müalicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir yer olduğunu göstərməsi heçdə təsadüfi deyil. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.

Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Çox təssüf hissi ilə qeyd etmək istərdim ki, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində məskunlaşdırılmasına başlanılan təcavüzkar və hiyləgər ermənilər o gözəl diyarı vəhşicəsinə dağıtmış, fora və faunasına xeyli ziyan vurmuşdur.

Heç şübhəsiz, o gün gələcək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər rayonunda bütün tarixi abidələr, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və Xudavəng məbədləri bərpa ediləcək, onun əsl milli kimliyi – alban tarixinə də təqdim ediləcəkdir.

Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi biz bu gun tarixi ədaləti bərpa edərək qalib ordumuz sahəsindən dünyaya bir daha azərbaycan xalqının yenilməz, mübariz, qalib və döyüşkən olduğunu sübut etmiş olduq. Bu gün xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşamaqdadır.

Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Elgün Əlizadə, Nəsimi rayon sakini

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya getdi - Video

Nazim İbrahimovun qardaşının şirkəti ləğv edildi, mülkü əlindən alındı - Foto

Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - Foto

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi direktor danışdı

Rusiya ilə Türkiyə arasında uçurum var... - Türkiyə niyə Minsk qrupunun bərpasını gündəmə gətirir?

“Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir” - Prezident

“Görəsən, Vüqar 6 milyon manatı tək yeyə bilər?” – Aqil Abbas 

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ - Rasim Balayev

Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisi tənqidlərlə qarşılanır

loading...

Ən çox oxunanalar