Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı“ - Ağdamdan köçən erməni qız

İşğaldan azad olunan Ağdam rayonun Abdal-Gülablı kəndinin yaxınlığında salınan Vazgenaşen kəndinin keçmiş icma rəhbəri Andranik Babayanın qızı Mariam Babayan “facebook” səhifəsindən Ermənistanın baş naziri Nikol Paşinyana, Qarabağdakı qondarma rejimin başçısı Arayik Harutyunyana, qondarma rejimin ombudsmanı Artak Beqlaryana və digər rəsmi şəxslərə müraciət ünvanlayıb.

Mariam Babayanın müraciətini təqdim edirik:

“Söhbət 20 noyabr saat 17:00 radələrində Martuni rayonunun (Ağdam-red.) Vazgenaşen kəndində (Abdal-Gülablı-red.) baş verən hadisədən gedir.

20 noyabrda Ağdamın Azərbaycana təhvil veriləcəyini bilirdik, amma Vazgenaşen kəndinin təslim olması barədə bizə məlumat verilmədi. Bizə ümid verdilər, dedilər, kəndin saxlanılması üçün nə lazımdırsa ediləcək.

Kəndlilərə dəqiq bir cavab verə bilməməyiniz həqiqətənmi çətin bir riyazi problem idi? 19-u tarixində təsadüfən “Facebook”da Vazgenaşenin də düşmənin nəzarətinə keçməsi barədə məlumatı gördüm və bunların hamısının rəsmi olub olmadığını başa düşmək üçün ombudsman Artak Beqlaryanla əlaqə saxlamağa çalışdım.

O yenidən bildirdi ki, kəndin saxlanılması üçün işləri davam etdirirlər. Dedim: “Sabah Ağdamı təhvil versək, Vazgenaşeni də təhvil verəcəyik. Hər şeyi konkret olaraq nə vaxt öyrənə bilərsiniz?" Cavab belə oldu: İki gün ərzində təhvil verib-verməyəcəyimizi deyəcəyik.

Artıq 20 noyabrda saat 11:00-da Vazgenaşenin də təhvil veriləcəyi barədə məlumat verildi. Saat 24:00-a qədər bütün əşyaları götürmək lazımdır.

Amma nə baş verdi? Hadisə saat 17:00 radələrində baş verdi. Atam və kiçik qardaşım evdə idi, əşyalarını yığmağa çalışırdılar. Atam avtomobil səsini eşitdi, həyətə çıxdı və avtomobilimizin oğurlandığını gördü.

Fikirləşdik ki, kəndçilərimizdir. Məlum oldu ki, onu qarşı tərəf götürüb. Bir müddətdən sonra azərbaycanlılar kəndə daxil oldu. Silahlarla evimizin həyətinə girdilər, atam və qardaşımı əsir götürdülər.

Komandirləri Mustafa gələnə kimi onları saxladılar. Atam heç olmasa qardaşımın sərbəst buraxılmasını istədi, komandir xeyirxah çıxdı və onu sərbəst buraxdı.

Uzun danışıqlardan sonra atam komandir ilə dil tapdı, avtomobil geri qaytarıldı və atam sərbəst buraxıldı. Xoşbəxtlikdən atam və qardaşımın həyatı xilas edildi.

Sualım budur: sizin rus ordunuz harada idi, dediyin təhlükəsizliyiniz harada idi, sizin nəzarətiniz harada idi? Mülki əhalinin həyatının təhlükəsizliyini təmin edəcəyinizə söz vermişdiniz.

Allah qorusun, atamla qardaşımın başına bir şey gəlsəydi, buna görə həyatınızla cavab verərdiniz. Bəxtiniz gətirdi ki, Mustafa burdakı ermənilərdən daha yaxşı çıxdı. Nə üçün? Çünki bu hadisədən iki gün əvvəl kəndimizin sakini Napoleon atamı və böyük qardaşımı bıçaqladı.

Qaçqın statusu bizə hədiyyə olaraq verildi ...

Heç olmasa indi vəziyyətə baxın, heç olmasa mülki əhalini taleyin mərhəmətinə buraxmayın.

Müharibənin çirkin tərəfi... ".(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Cahangir Əsgərova məxsus şirkətlərin siyahısı

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

Oliqarx məmur Kəmaləddin Heydərovun ailə biznesinə yaxın şirkətlər ləğv edilir

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

Siyavuş Novruzov Əli Həsənovu və Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırdı

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

“Bizə deyirdilər ki, Ramiz Mehdiyevdən başqa kimi istəyirsiniz söyün” - Hafiz Hacıyev

Ən çox oxunanalar