Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neoconlarla paleconların ölümünə rəqabəti - ABŞ seçkilərinin qalibi təkcə Bayden deyil...

Son seçkilərdə ABŞ siyasi mədəniyyətində böyük nüfuz sahibi olan iki əsas cərəyan - Baydenin təmsil etdiyi neoconlar və Trampın təmsil etdiyi paleoconlar rəqabət aparırdılar...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 26 noyabr 2020-ci il

ABŞ-da Demokratların hakimiyyətə gəlməsi ilə dünyada siyasi baxımdan ümumi bir çevrilmə ilə bağlı gözləntilər böyüməyə başladı. Nəticədə, sağ populist iqtidarların problemlə üzləşəcəyi və qaçılmaz şəkildə ortadan qalxacağı ilə bağlı proqnozlar da artır. Baydenin öz siyasətini institusional bir çərçivəyə salacağını və Trampın kənarlaşdırdığı qlobal və beynəlxalq strukturlarla işləyərək beynəlxalq hüququ aktiv hala gətirəcəyini iddia edənlər də az deyil. Görəsən, doğrudan elə olacaq?

ABŞ-dakı seçkilərdən bir müddət əvvəl NATO-nun Avropadakı səsi kimi tanınan “Der Spiegel” qəzetinin örtük şəklində “4-lü Banda” adlandırılan və hədəfə qoyulan liderlərin portretləri var idi. Bunlar sağçı populist liderlərdir. Altındakı başlıq daha diqqət çəkici idi: burada liderlər danışır və “mən xalqam” deyirdi. Sözügedən fiqurlar Si Tsinpin, Tramp, Putin və Ərdoğan idi. “Der Spiegel” bu örtüklə, sanki, həmin şəxslərin yeni dövrdəki hədəflər olduğunu elan edirdi.

Çevriliş etmiş Sisi, Səudiyyə Ərəbistanı və Körfəzdəki despotik liderlər barədə danışılmadığını və görməzdən gəlindiyini də unutmayaq. Bu cəzanın səbəbi seçilməmək deyil, seçilmək və buna “uyğun” davranmamaqla bağlıdır. Üstəlik, demokratiyanın əsas şərti olan seçkilərin lazımi nəticəni verməməsi də digər səbəblərdən biridir. Bəs bu nə tələb olunan və “uyğun” hesab olunan şey nədir? Əlbəttə ki, demokratiyanın “liberal” xarakteri. Yəni fərdiyyətçilik və plüralizm. Sağ populist liderlik institutuna qarşı duyulan “demokratik” kin bir növ demokratiyanın özünə qarşı olan kin-küdurətinin dolaylı ifadəsidir.

Trampın məğlubiyyəti də bu prosesin ilk qələbəsi kimi təqdim oluna bilər. Müasir düşüncənin bəsit dünyası domino münasibətlər qurmağı çox sevir. Məsələn, Tramp getdisə, digərlərinin da gedəcəyinə işarə edən düşüncə və gözləntilər buna nümunədir. Bayden Ərdoğan üçün “əlbəttə ki, müxalifət tərəfindən seçkilərlə devrilməlidir” deyərək qəribə bir şərh verib.

Görünür, Bayden administrasiyası Tramp tərəfindən zəiflədilmiş ABŞ-AB əməkdaşlığını bərpa etməyə çalışacaq. Almaniya və Fransadakı hakim mərkəzlər vəziyyətdən son dərəcə məmnundur. Bu bərpa prosesinin NATO vasitəsilə reallaşacağı da aydındır. Makronun “NATO-nun beyin ölümü baş verdi” deməsi, əslində, NATO-nun NATO kimi fəaliyyət göstərməsinə duyulan bir arzu idi. PESCO ilə bağlı axtarışlarını da NATO-ya qarşı deyil, NATO-nun yaratdığı boşluğu necə dolduracağına dair bir axtarış cəhdi kimi qiymətləndirmək daha məqsədəuyğun olar. Lakin deyə bilərik ki, Baydenin gəlişi ilə Avropa dərin bir nəfəs alacaq. Türkiyə və Rusiya isə sonra hər baxımdan hədəf olacaq. Burası dəqiqdir. Türkiyənin daxili siyasətində baş verən hadisələr də bu böyük prosesin bir layihəsi kimi qiymətləndirilməlidir.

Düşünürəm ki, Bayden ağırlığını Aralıq dənizi və Avrasiyaya yönəldəcək. Bu mənzərə mənə Soyuq Müharibəni xatırladır. Şərqi Avropa Baltikdən Balkanlara qədər Rusiya ilə Mərkəzi və Qərbi Avropanı ayıran ziddiyyətli bir xəttə çevriləcək. Həmçinin, Avrasiya bölgəsində Rusiyanı Qara dəniz və Xəzər dənizi üzərindən sıxışdıracaqlar. Türkiyəyə isə NATO quruluşuna qayıtması üçün təzyiq göstərəcəklər.

İranla münasibətləri yumşaltmaq da başqa bir regionla əlaqəlidir. İranın Hindistan, Pakistan və Əfqanıstan qrupuna daxil edilməsi nəzərdə tutulur. ABŞ Hindistana tamamilə fərqli bir dəyər verir. Burada Rusiyanın təsirini qırmaq niyyətindədirlər. Xüsusilə də hərbi baxımdan. Yəni Çinlə çox sıx əlaqələr qurmuş Pakistanı çətin anlar gözləyir. Bu dinamikalar Çinin qloballaşma siyasətlərinə öz nəzarəti altında bir yenilik gətirməsinin nəticəsidir. ABŞ hegemoniyasını da çətinə salan məhz budur. Baydenin Çinlə keçmişdən gələn bir problemi yoxdur. Çinlə bağlı əsas narahatlığı qloballaşma prosesində yaratdığı Asiya və Avrasiya girişidir. Bu, əslində, Baydeni hakimiyyətə gətirən “institusional” ABŞ-ın da ən vacib şikayətidir. Buna görə də Avrasiya və Asiyaya təzyiq göstərəcəklər.

ABŞ-da keçirilən seçkilərdə, əslində, nə Demokratlar, nə də Bayden qalib gəlib. Ümumiyyətlə, ABŞ-dakı seçkiləri Respublikaçılar və Demokratlar arasındakı yarış kimi başa düşmək böyük bir illüziyadır. Məlum olduğu kimi, ABŞ-ın siyasi mədəniyyətindəki partiya quruluşu Avropadakı partiya quruluşuna bənzəmir. ABŞ-da partiya sistemi çox boş bir quruluşdur. Siyasi partiyalar sahəsində bu, “intizamsız partiya” kimi xarakterizə olunur. Zənnimcə, bu seçkilərdə ABŞ siyasi mədəniyyətində böyük nüfuz sahibi olan iki əsas cərəyan rəqabət aparırdı. Bunlar, Trampın təmsil etdiyi və institusional ABŞ-da zəif hesab olunan, mühafizəkar paleocon ilə yenilikçi qurumların sevimlisinə çevrilmiş neocon cərəyanlarıdır. Birincisi, daxildə olduqca aqressivdir və xaricə qapalıdır. Digəri isə daxildə daha assosiativdir və xaricə qarşı aqressiv meyilləri ilə tanınır. Bu seçimi qazanan neocon cərəyanı ilə NATO oldu. Vəziyyət belə olduqda Baydendən demokratiya gözləyənlər məyus olacaqlar.

Yeri gəlmişkən, seçkilərdən qısa bir müddət əvvəl Respublikaçı oğul Buşun Baydeni dəstəkləyən açıqlamalarını da xatırlamaq yerinə düşər. Xülasə, Tramp təkcə Demokratlarla deyil, həm də neocon Respublikaçılarla da toqquşdu. Seçkilərdə məğlub olmasının səbəbi də bu idi. Qalib gələnə və məğlub olana bir də bu çərçivədən baxın.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar