Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senatın Qarabağ qərarı: Fransa Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir?..

Faktiki olaraq işğal olunan torpaqları yenidən işğalçıya qaytarılmasını tələb edən Fransanın bundan sonra vasitəçi kimi çıxış etməsi mümkündürmü?..

Hüquq müdafiəçisi: “Fransanın biabırçı şəkildə beynəlxalq hüququn bir neçə prinsipini, o cümlədən dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı prinsipini pozması utancvericidir”.

“Burada Azərbaycan dövlətinin itirəcəyi heç nə yoxdur. Dünyanın nəhəng dövləti kimi isə bu Fransanın tarixinə qara ləkə kimi yazılacaq”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov Fransa Senatının Qarabağla bağlı qəbul etdiyi qətnamənin beynəlxalq hüququ görə nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Fransa Senatı Dağlıq Qarabağın “dövlət müstəqilliyi”ni tanıyıb. Qətnamədə “Azərbaycanın Türkiyənin hakimiyyət dairələri və muzdlular vasitəsilə həyata keçirdiyi silahlı aqressiya qətiyyətlə pislənir”.

Absurdluğu və həyasızlığı ilə təəccüb doğuran sənəd Azərbaycanı “son hərbi əməliyyatlar nəticəsində tutduğu ərazilərdən qoşunları dərhal çıxarmağa” çağırır.

Senat, habelə Fransa hökumətindən tələb edir ki, “ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün gərəkli addımları atsın”.

Qeyd edək ki, qətnamənin hüquqi qüvvəsi yoxdur. Sadəcə olaraq Fransa vasitəçi ölkə kimi bütün sərhədləri yandırdı və gerçək niyyətini ortaya qoydu. Fransa Senatına nə qarabağlı ermənilər, nə də Qarabağ gərək deyil - dava geosiyasi divident davasıdır. Debiloid senatorlar düşünürlərsə ki, bu kağız parçası Bakını nəyəsə vadar edə bilər - yanılırlar.

Amma Paris üçün Moskva, Ankara və Bakı bütün qapıları bağlaya bilərlər. Fransanın XİN-i bunu, deyəsən, anlamağa başlayıb.

Senatın Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir” - nazirliyin tələsik bəyanatında deyilir.

Bu gün isə Milli Məclis, Fransa senatının qəbul etdiyi qətnaməylə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, qondarma qurumun tanınmasıyla bağlı qətnamə beynəlxalq hüququn normalarının pozulması deməkdir. Fransa təcavüzkarı öz adıyla çağırmır və işğalçıyla işğala məruz qalan ölkə arasında fərq qoymur. Üçtərəfli bəyanat Azərbaycan torpaqlarının işğalına son qoyub. Regionun inkişafı üçün şərait yaradıb.

Bəyanatda qeyd edilir ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı ATƏT həmsədrinə müraciət edilməsi təklif edilsin. Həmçinin Fransa ilə həm siyasi, həm də iqtisadi münasibətlərə yenidən baxılması təklif edilib.

Beynəlxalq hüquqa görə Fransa Senatının qəbul etdiyi qətnaməni faktiki olaraq Senatın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina kimi dəyərləndirmək olarmı? Həmçinin faktiki olaraq işğal olunan torpaqları yenidən işğalçıya qaytarılmasını tələb edən Fransanın bundan sonra vasitəçi kimi çıxış etməsinə ehtimal vermək mümkündürmü və Azərbaycan Fransa həmsədr qaldığı müddət ərzində ATƏT-in Minsk qrupu ilə kontaktlarını rəsmi şəkildə dayandırmalıdırmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı müdafiəçisi Sahib Məmmədova müraciət edib.

Sahib Məmmədov: “Artıq Fransanı Minsk qrupunun üzvü kimi yox, Minsk qrupunda Ermənistanın səlahiyyətli vəkili kimi tanımaq lazımdır”.

Qarabağın müstəqilliyinin tanınmasının Fransa dövlətinin tarixində qara bir ləkə olduğunu vurğulayan hüquq müdafiəçisi PİA.az-a açıqlamasında əlavə edib ki, beynəlxalq hüququn 10 prinsipi var. Bu prinsiplərin bir neçəsi Senatın məlum qətnaməsi ilə pozulmuş oldu:

“Beynəlxalq hüququn 10 prinsipi var. Bu prinsiplərin bir neçəsi Senatın məlum qətnaməsi ilə pozulmuş oldu. Senatın qərarı tövsiya xarakterli olmasına baxmayaraq, O Fransanın rəsmi hakimiyyət orqanıdır. Biz onu kağız parçası sayırıq və düz edirik. Bizim üçün kağız parçasıdır, amma Fransa üçün biabırçı bir sənəddir. Çünki Senat Fransanın idarəetmə sistemində hakimiyyət qollarının birini təmsil edir. Buna görə də bu ciddi məsələdir və bu ilk növbədə Fransanın nüfuzunu heçə endirir. 

Reallıqda qəbul edilən qətnamə bizim üçün nə qədər önəmsiz olsa da, Fransa üçün bir o qədər utancvericidir. Çünki Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünyada 5 dövlətdən biridir və bu statusu ilə beynəlxalq normaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. İndi isə Fransanın özünün biabırçı şəkildə beynəlxalq hüququn bir neçə prinsipini, o cümlədən dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı prinsipini pozması utancvericidir.

Bu Fransa dövlətinin tarixində qara bir ləkədir. Onsuzda da Fransanın bütün tarixi qara ləkələrlə doludur. Fransa İkinci Dnyü Mühribəsi ərafəsində Faşist Almaniyasının Çexoslovakiyanın Sudet vilayətini zəbt etməsinə yaşıl işıq yandırması da ikiüzlü bir siyasətin nəticəsi idi. 

Sahib Məmmədov: “Dövlətlərin buna reaksiyası olmasa belə, Fransa artıq beynəlxalq hüquqa hörmət etməyən dövlət kimi növbəti dəfə ortaya çıxıb”.

Burada Azərbaycan dövlətinin itirəcəyi heç nə yoxdur. Dünyanın aparıcı dövləti kimi isə bu Fransanın tarixinə qara ləkə kimi yazılacaq. Ola bilsin ki, buna görə dünya düzənində Fransanı qınayan olmayacaq. Hətta ola bilsin ki, Fransanın bu özbaşınalığına böyük güclər reaksiya verməyəcək. Çünki dünyada beynəlxalq hüququn ədalət prinsipi tamamilə pozulub. Dövlətlərin buna reaksiyası olmasa belə, Fransa artıq beynəlxalq hüquqa hörmət etməyən dövlət kimi növbəti dəfə ortaya çıxıb.

Fransanın guya vasitəçilik məsələsinə gəlincə isə onu deyə bilərəm ki, Azərbaycan bu vaxta qədər Fransanın vasitəçiliyini görməyib. Fransa vasitəçi kimi həmişə Ermənistanın vəkili rolunda çıxış edib. Amma düşünürəm ki, bundan sonra bu mümkün olmayacaq. Düzdür bundan sonra Azərbaycan dövlətinin Fransanın vasitəçilindən imtina edəcəyi, yaxud da etməyəcəyini deyə bilmərəm. Amma əminəm ki, ATƏT-in Minsk qrupunda Fransanın hansısa neytral mövqe sərgiləcəyi mümkün deyil.

Buna görə də artıq Fransanı Minsk qrupunun üzvü kimi yox, Minsk qrupunda Ermənistanın səlahiyyətli vəkili kimi tanımaq lazımdır”.

Qeyd edək ki, beynəlxalq hüquqa görə Fransa Senatının qəbul etdiyi qətnaməni faktiki olaraq Senatln Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina kimi dəyərləndirilməlidir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar