Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fransa Senatında qəbul olunmuş qərar kobud müdaxilədir " – Cavanşir Feyziyev

“Fransa Senatının qərarı qəbuledilməzdir. 10 noyabr 2020-ci ildə münaqişə tərəflərinin və Rusiya Federasiyası prezidentinin imzaladığı bəyanata uyğun olaraq Azərbaycan işğal altında olan ərazilərini azad edir və bununla da Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulur. Yaranmış yeni vəziyyətdə digər dövlətlərin, o cümlədən Fransanın münaqişə bölgəsindəki vəziyyətə müdaxilə etməsi bölgədə sülhün bərqərar edilməsinə yox, əksinə münaqişənin yenidən qızışdırılmasına xidmət edir”.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev deyib.

C.Feyziyev bildirib ki, Fransa Senatında qəbul olunmuş qərar məhz belə bir kobud müdaxilədir və dözülməzdir: “Senatın qərarı heç bir hüquqi əhəmiyyətə malik deyil, tövsiyyə xarakteri daşıyır və yaxın günlərdə baxılmaq üçün Fransa hökümətinə təqdim olunacaq. Fransa höküməti öz növbətində məlum qərara münasibətini açıqlamalıdır. Hökümətin bu qərara münasibətinin mənfi olacağına inanıram. Əks halda Fransa Respublikası Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik ifadə etmiş olacaq. Belə bir qərarın hökumət tərəfindən dəstəklənməsi BMT Nizamnaməsinə, Fransanın üzv olduğu çoxsaylı beynəlxalq konvensiyalara, eləcə də Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında bağlanmış çoxsaylı əməkdaşlıq sazişlərinin ruhuna ziddir və Azərbaycan tərəfindən qəbuledilməzdir. Belə bir addım BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın imicinə ciddi xələl gətirməklə yanaşı həm də onun ATƏT-in Minsk Qrupundakı həmsədrlik statusundan irəli gələn vəzifələrinə və öhdəliklərinə ziddir. Belə bir qərarı dəstəkləyəcəyi halda Fransa dövlətinin Minsk Qrupunun həmsədri qismində münaqişənin həlli prosesində iştirakı mümkünsüz olacaq. 10 noyabr tarixində qəbul olunmuş bəyanatın əsasında Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü təmin edib və bu onun suveren hüququdur. İşğaldan azad olunmuş ərazilərdə yaşayacaq erməni əsilli vətəndaşların statusu ilə bağlı məsələ Azərbaycan dövlətinin daxili işidir və Azərbaycan Respublikasının Konstitusiyası dini, irqi və etnik mənsubiyyətindən asılı olmayaraq ərazisində yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə təminat verir. Nə Fransa Respublikası, nə də istənilən digər dövlət Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə mane ola bilməz. Fransa Senatı tərəfindən qəbul olunmuş hər hansı bir qərar və Fransa hökümətinin bu qərara istənilən münasibəti Azərbaycan Ordusunun 44 günlük savaşda əldə etdiyi nailiyyətlərə, eləcə də Azərbaycan diplomatiyasının uğurlarına kölgə sala bilməz. Qarabağ Azərbaycandır!” (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar