Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb - Foto, Video

“France-24” kanalı Kəlbəcər rayonunun işğaldan azad edilməsi haqqında reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Kəlbəcərin rəsmi Bakı ilə əldə edilmiş razılaşmaya əsasən Ermənistanın Azərbaycana təhvil verməli olduğu üç rayondan ikincisi olduğu bildirilir. Altı həftəlik döyüşlərdən sonra Azərbaycanın öz mövqelərini möhkəmləndirdiyi vurğulanır.

Kanalın Azərbaycandakı çəkiliş heyəti Azərbaycan Ordusunun ermənilərin işğalı altında olmuş Kəlbəcər rayonuna girməsi ilə bağlı məlumat verir. Qeyd edilir ki, 27 ildən sonra ilk dəfədir Azərbaycan Ordusu rayona daxil olur və bu, əldə edilmiş razılaşmaya uyğun olaraq həyata keçirilir.

Reportajda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlının fikirlərinə də yer verilib. O bildirir ki, bu gün bütün Azərbaycan xalqı, Azərbaycan Ordusu üçün sevindirici gündür. Düşmən qüvvələrinin Kəlbəcərdən çıxarılması üçtərəfli Bəyanata əsasən həyata keçirilir.

Kəlbəcər sakini Aslan Kərimoğlu deyir:

Kəlbəcərdə keçirdiyim günləri heç vaxt unuda bilmərəm. Bu gün mənim həyatımda ən xoşbəxt gündür. Çünki mən 43 il yaşadığım torpağa yenidən qayıtmaq ümidindəyəm. Ümid edirəm ki, tezliklə oraya qayıdacağıq”.

Reportajda qeyd edilir ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edib. Nəticədə 10 minlərlə azərbaycanlı rayonu tərk etməyə məcbur olub. Bu gün həmin məcburi köçkünlər Kəlbəcərə qayıtmağa və orada yaşamağa ümid edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar