Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ananı azad edib, balanı həbsdə saxlamaq qələbə sevincinə kölgə salır” – İlyas İsmayılov

Kəlbəcər işğaldan azad olundu, amma onun böyük oğlu Eldar Həsənov hələ də həbsdədir”.

PİA.az xəbər verir ki, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov belə deyib.
 
Partiya sədri əməkdaşımızla söhbətində Kəlbəcərin işğaldan azad olunması münasibətilə başda Ordumuz olmaqla, bütün Azərbaycan xalqını təbrik edərək vurğulayıb ki, adətən belə böyük qələbələr zamanı Qızıl Aministiyalar verirlir: “Qələbəni hər kəsin bayramına çevirmək üçün həbsdə olan məhbəsdəki əksər insanlar azadlığa buraxılırlar. Çünki bu cür hadisələr yalnız bir qrupun yox, bütövlüklə millətin sevincinə çevrilməlidir. İnsan isə yalnız azadlıqda əsl sevinc hissini yaşaya bilər. Həbsxanada, 4 divar arasında yaşanan sevinc də qısır olar. Xüsusilə də günahı olmayan və ya cinayətinə adekvat cəza almayan insanların bu sevincini gözündə qoymaq, onlara layiq olduqları kimi sevinmək imkanı verməmək ümumxalq bayram əhval-ruhiyyəsinə kölgə salır”.
 
İlyas İsmayılovun fikrincə, qəlbi hər zaman Kəlbəcər üçün çırpınan və ədalətsiz şəkildə həbsdə saxlanılan Eldar Həsənov kimi adamların dərhal azadlığa buraxılması həmin rayon üçün də əsl qələbə hədiyyəsi olar: “Biz torpağa “Ana” deyirik. Bu məntiqlə, biz də torpağın övladlarıyıq. İnsan anasını sevdiyi qədər, ana da övladını sevər. Həm də bəlkə balasının onu sevdiyindən daha böyük şövqlə sevər. Bu gün erməni işğalından azad olunan Kəlbəcərin ən dəyərli övladlarından biri də Eldar Həsənovdur. Onu tanıyan hər kəs həmin torpaqların azad olunması üçün bütün varlığı ilə necə çalışdığını bilir. Ananı əsirlikdən qurtarıb, balanı təsdiqlənməmiş motivlər əsasında həbsdə saxlamaq hər kəsdən əvvəl o ananın sevincini gözündə qoymaq kimidir. Hesab edirəm ki, ölkə rəhbəri analı-balalı bütün Kəlbəcər ailəsinin qələbə sevincini birgə yaşamalarına şərait yaratsa, hər kəsə daha mənalı bayram əhval ruhiyyəsi bəxş edər”. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar