Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb - Video

"Dövlət başçısının sərəncam və tapşırığına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb".

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, layihənin icrasına start verilən yolun ümumi uzunluğu 101,5 kilometr, eni isə 37,7 metr təşkil edəcək. Yolun əsas hissəsinin eni 21,5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

"Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, XocavəndXocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu FüzuliŞuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir-neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir", - məlumatda deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Xırdalandakı partlayışda dağıntılar altından altı nəfər çıxarılıb - Foto,Video, Yenilənib2

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Ən çox oxunanalar