Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanadanın neft-qaz şirkəti Azərbaycan bazarını tərk edir

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycan bazarından çıxır.

Şirkət bu barədə rəsmi sənəd yayımlayıb.

“Zenith Energy” Azərbaycan ərazisində yerləşən “ZEN-260” qazma qurğusunu və eləcə də, köməkçi qazma qurğularını müvəffəqiyyətlə xaricə nəql etdiyini açıqlayıb.

Hazırda şirkət Konqo və Tunis Respublikasında neft və qaz hasilatı, həmçinin, kəşfiyyat fəaliyyətləri ilə bağlı planlaşdırmalar aparır. Bu istiqamətdə Azərbaycandan nəql edilən texniki vasitələr dərhal daşınmaya hazır vəziyyətdə anbarda saxlanılır.

Bildirilib ki, “A-80” köməkçi qurğusu şirkətə Azərbaycanda fəaliyyətə başladıqdan sonra pulsuz olaraq SOCAR tərəfindən təmin edilib. 25 iyun 2020-ci ildə elan edilmiş Sahənin Reabilitasiya Müqaviləsinin başa çatması ilə əlaqədar köməkçi qurğu SOCAR-a təhvil verilib.

Xatırladaq ki, bundan əvvəl şirkət Azərbaycandakı neft yataqlarında həyata keçirdiyi qazma və kəşfiyyat əməliyyatlarına yekun vurduğunu bildirib.

Neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən həyata keçirdiyi işlərə yekun vuraraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR ilə müqaviləsinə xitam verib.

Qeyd edək ki, SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2016-cı ilin mart ayının 16-da imzalanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar