Bazar, 17 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ generalından xəbərdarlıqlar: "NATO-nun Qafqazda Türkiyəyə böyük ehtiyacı var"  

Ben Hodces

“EU Observer”, 23.11.2020

Türkiyə və Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən Dağlıq Qarabağa dair atəşkəs razılaşması qanlı müharibəni müvəqqəti olaraq dayandırır və dağlıq anklav üçün daha parlaq bir gələcəyə ümid yaradır.

Bu razılaşmaya əsasən, Rusiya sülhməramlıları bölgəyə ən azı 5 il müddətinə yerləşdiriləcək.

Moskvanın indi Cənubi Qafqazdakı hər üç ölkədə – Gürcüstanda (suveren ərazisinin 20 faizi 2008-ci ildən bəri işğal altındadır), Ermənistanda (Sovet İttifaqının dağılmasından qalan bazalar yerləşir) və indi də Azərbaycanda qoşunları var.

ABŞ, Fransa və Rusiya ilə birlikdə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının bir qolu olan Minsk qrupunun həmsədridir.

Peşəkar diplomatlar münaqişəni həll etmək üçün 1993-cü ildən bəri Minsk qupunda çox çalışıblar, lakin ABŞ və Fransa hökumətləri, bütün Avropa ilə birlikdə son həftələrdə “itkin düşüb”. İndi Dağlıq Qarabağ və ətrafındakı insanlar onlara görə əziyyət çəkir. Onların acınacaqlı vəziyyəti əksər vaxt Qərbin laqeyd qaldığı Cənubi Qafqazla bağlı bir çox suallar doğurur.

Biz böyük güclərin rəqabəti dövrünü yaşayırıq və inanıram ki, bu rəqabət böyük güclər arasında qarşıdurmanın qarşısını alır.

Bölgə və məkan və ya hadisə ilə maraqlandığımızı nümayiş etdirərək potensial bir rəqibə önəm verdiyimizi, resurslar sərf etdiyimizi və bu strateji marağı qoruduğumuzu çatdırırıq.

Bu, qarşıdurmanın qarşısını almağa kömək edir, çünki potensial düşmən maraqlarımız barədə səhv hesablama ehtimalını azaldır.

Rəqabət bütün sahələri əhatə etməlidir: diplomatiya, kəşfiyyat, hərb və iqtisadiyyat.

Cənubi Qafqaz da daxil olmaqla, bütün sahələrdə geniş Qara dəniz bölgəsində tam və davamlı rəqabət apara bilməməyimiz bu qanlı qarşıdurmanın yenidən alovlanmasına və minlərlə insanın ölümünə səbəb olub.

Biz təşəbbüsü Kremlə verdik və bu gün nəticəni kənardan müşahidə edirik.

ABŞAvropa üçün kənarda dayanmaq artıq əlverişli bir seçim deyil.

Beynəlxalq miqyasda Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsi, Rusiya və ya İran ərazisindən keçməyən Avropa ilə Asiyanı birləşdirən yeganə Şərq-Qərb quru dəhlizidir. Qısası, o, geniş Qara dəniz bölgəsinin iqtisadi potensialını inkişaf etdirməyin açarıdır və Qərb artıq astagəllik etməməlidir.

Beynəlxalq hüququ qorumaq üçün səylərimizi artırmalı və azərbaycanlılarla ermənilər arasında davamlı sülh üçün bəzi şərtlər yaratmaq naminə maraqlı tərəflərlə daha sıx əməkdaşlıq etməliyik.

Bunun üçün davamlı diplomatik səylər, iqtisadi dəstək və özəl investisiya imkanları lazımdır.

Bölgədə aktuallığımızı qorumaq və sülhün qorunmasına kömək etmək üçün Qərb Türkiyə ilə birlikdə dolğun əlaqəni bərpa etmək və yeniləmək üçün birlikdə çalışmalıdır.

Türkiyənin məqamı

Türkiyə-ABŞ və Türkiyə-NATO məqamı yetişib: bu əlaqələri düzəltməli və yeniləməliyik.

NATO-nun önümüzdəki əsrdə dünyanın o bölgəsində müdafiə və təhlükəsizliyin mərkəz nöqtəsi olaraq Türkiyəyə ehtiyacı var.

Türkiyə ilə canlanan əlaqə Ankaranın Qərb ittifaqının hörmətli və etibarlı üzvü kimi rolunu bir daha təsdiqləmək və yenidən həyata keçirmək üçün həlledici bir fürsətdir.

NATO üzvləri geniş Qara dəniz bölgəsində uğurla rəqabət etmək istəyirlərsə, bu vacibdir.

Qərb, həmçinin, Rusiya sülhməramlılarının yerləşdirilməsini və fəaliyyətlərini yaxından izləməlidir.

Bu, əməliyyatları qiymətləndirmək və Türkiyə ilə əməkdaşlıq edərək, ermənilərin humanitar problemlərini azaltmaq və insan haqlarına hörmət edilməsini təmin etmək deməkdir.

Məsələn, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ümumi inamın bərpasına kömək, həm Ermənistanın, həm də Azərbaycanın Transatlantik ailəyə yaxınlaşmasını təşviq edən bir sıra ticarət və investisiya imkanları yarada bilər.

Azərbaycanlılar bölgədəki erməni icmalarının təhlükəsizliyini, habelə mədəni yerləri və tarixi əsərləri qorumağa borcludurlar.

Qərb, xüsusən də, beynəlxalq hüquqa sahib olduğu üçün Bakıya razılaşmadan əldə etdiyi qazancları müdafiə etməsinə kömək etməlidir.

Atəşkəs razılaşmasında rus “sülhməramlıları”nın əks olmasına baxmayaraq, Qərb Rusiyanın yerdəki rolu barədə ayıq-sayıq olmalıdır.

Ümidli olmağımız üçün bir səbəb var. Bu gün işğal altındakı bölgə xaricində 30.000-dən çox erməni artıq Azərbaycanı “vətən” adlandırır.

Dinc Dağlıq Qarabağ Azərbaycanın suveren bir hissəsi olaraq bölgədə sabitliyin əldə edilməsinin vacib bir hissəsidir.

NATO-nun Gürcüstana da ehtiyacı var

ErmənistanAzərbaycanla yeni, daha güclü münasibətlər quraq, Türkiyə ilə çoxdankı ittifaqımızı və Gürcüstanda ABŞ hava qüvvələri və donanması üçün infrastrukturu gücləndirək.

Biz dərhal NATO-ya qoşulmaq üçün Gürcüstana dəvət göndərməliyik.

Bu tədbirlər bölgənin bizim üçün strateji maraq kəsb etdiyini Kremlə çatdıracaq.

Böyük güc qarşıdurmasının qarşısını almaq istəyiriksə, fürsət olduğu halda, Qərb Cənubi Qafqazda rəqabət aparmalıdır.(Tərcümə: Strateq.az)

Qeyd: Ben Hodces ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, təqaüdçü generaldır.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənistan parlamentinin sədri agent olub – Keçmiş səfir sənəd paylaşdı

Koronavirusdan da betər epidemiya yayılıb” - Rusiyalı həkim

Rusiya Azərbaycan üzərindən Ermənistana hərbi yük daşıyır...

Sabahdan bu müəssisələrdə vaksinasiya aparılacaq - Siyahı

“Elə bir ənənə yaranıb ki, kim rəhbərliyə pul verir, onu efirə aparıcı kimi çıxarırlar...”

“Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar“ - Nazir

İranın buraxdığı uzaqmənzilli raketlər Amerika təyyarədaşıyanının həndəvərinə düşdü

Azərbaycanda Xalq artistinin brilyantlarını oğurlayıblar

Siyavuş Aslanın oğlu küçədə yaşayır - Video

loading...

Ən çox oxunanalar