Şənbə, 16 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda qızıl yataqlarının istismara veriləcəyi tarix açıqlandı

Daşkəsən rayonunda yerləşən “Ağyoxuş”, növbəti ildə “Mərəh”, 2022-ci ildə isə “Tülallar” qızıl yatağının və “Çovdar” qızıl yatağının yeraltı fazasının istismara verilməsi nəzərdə tutulur.

Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən “Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən iki il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq.

Bununla yanaşı, müvafiq olaraq ŞəmkirGədəbəy rayonlarının ərazisində yerləşən “Qaradağ”, “Xar-xar” və “Cəyirçay” mis yataqlarının 2026, Balakəndə yerləşən digər polimetal yatağı olan “Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edilən yataqların istismara verilmə təqvimi ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilib.

Təhlillərin növbəti mərhələsinin nəticələrinə uyğun olaraq gələn ilin ortalarında adları çəkilən yataqların cari plandan daha tez istifadəyə verilməsi barədə qərarın qəbul edilməsi istisna olunmur.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi direktor danışdı

Ermənistan Azərbaycanın xəbərdarlığından nəticə çıxardacaq? - Keçmiş xarici işlər naziri açıqladı

Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - Foto

Rusiya ilə Türkiyə arasında uçurum var... - Türkiyə niyə Minsk qrupunun bərpasını gündəmə gətirir?

“Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir” - Prezident

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin etdi

“Görəsən, Vüqar 6 milyon manatı tək yeyə bilər?” – Aqil Abbas 

“Paşinyan Putinin ayaqqabılarını yalayaraq canını qurtardı” - Qabrelyanov

Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ - Rasim Balayev

loading...

Ən çox oxunanalar