Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Gəncəyə raket zərbələrindən ziyan dəymiş evlərə və qeyri-yaşayış obyektinə baxış keçirilib

"Gəncədə 2000-dən yuxarı fərdi evə, çoxmərtəbəli binalardakı mənzillərə, qeyri-yaşayış obyektlərinə baxış keçirməliyik. Bu günə qədər təxminən 1300-ə qədər obyektə baxış keçirmişik, bununla bağlı texniki aktlar tərtib etmişik”.

Bunu APA-ya açıqlamasında Gəncə şəhəri üzrə işçi qrupun rəhbəri Ədalət Əliyev deyib.

İşçi Qrupun rəhbəri bildirib ki, işləri mümkün qədər tez yekunlaşdırmağa çalışırlar: “Artıq 12 gündür buradayıq. Gəncədə dağılmış obyektlərin sayı həddindən çoxdur. Qarşıya qoyulmuş tapşırıqda nəzərdə tutulan ilkin müşahidə aparmaqdan əlavə, artıq qiymətləndirmə aparmalıyıq. Texniki baxış aktları tərtib olunur. Bu aktlara dağılmış evlərin sahibləri də tanış olub imza atırlar. Bizim üçün əsas çətinlik odur ki, dağılmış evlərin sahibləri hazırda bu evlərdə yaşaya bilmir, bu səbəbdən də onlarla əlaqə qurmaqda bəzi problemlər yaranır. Ona görə də biz bir obyektə bir neçə dəfə baxış keçirməli oluruq. Mənzil istismar idarələri, yerli icra hakimiyyəti orqanlarına bununla bağlı müraciət etmişik. Bu məsələlərdə bizə kömək edirlər. Siyahıda göstərilən obyektlərin hamısı ilə bağlı texniki baxış aktları tərtib edilib başa çatdırılacaq”.

İşçi Qrupun rəhbəri diqqətə çatdırıb ki, ilkin siyahıdan əlavə də onlara müraciət edənlər olur: “Siyahıda olmayan evlərə, obyektlərə də baxış keçiririk. Konkret yekun siyahı yoxdur. Biz bir ünvana bir neçə dəfə qayıtmalı oluruq. Vaxt baxımından bu kimi məsələlər çox əhəmiyyətlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.

Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Ən çox oxunanalar