Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Erməni komandir: “Yenə müharibə olacaq” – Video

Kəlbəcər rayonu 9 noyabr üçtərəfli razılaşmasına əsasən bir neçə saat sonra, noyabrın 25-i saat 00.00-dan etibarən düşmən tərəfindən boşaldılmalı və Azərbaycanın nəzarəti altına keçməlidir. Hazırda Kəlbəcərin işğalından sonra orada qanunsuz yaşayan mülki işğalçılar və düşmən ordusunun qalıqları rayonu tərk etməkdədir.

Kəlbəcərdə dolaşan və ermənilərin evləri, infrastrukturu yandırıb bu torpaqları necə tərk etdiləri haqda reportajlar hazırlayan amerikalı jurnalist-bloqer Patrik Lankaster Ermənistan ordusunun kəşfiyyat batalyonunun kazarmasını necə boşaltmasından bəhs edir.

Bu həmin jurnalistdir ki, müharibə başlayandan bəri Qarabağda dolaşır və ermənilərin “əzab çəkdikləri barədə” reportajlar hazırlayıb YouTube kanalında yayır. O, hərbi əməliyyatların dayandırılmasından əvvəl Amerikaya geri dönsə də görünür sonradan ermənilərin verdikləri ianə hesabına yenidən Qarabağa dönüb və bu dəfə “erməni əhalisinin öz evlərini tərk etməyə məcbur olduqları” barədə reportajlar hazırlamaqla məşğuldur. Başqa sözlə, bu amerikalı Qarabağdan Azərbaycan əleyhinə qızışdırıcı, təxribat mahiyyətli reportajlar hazırlayıb yayan rusiyalı jurnalist “WarGonzo” layihəsinin müəllifi, Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində cinayət işi qaldırıb axtarışa verdiyi Semyon Peqovun oxşarıdır. Amma nədənsə Azərbaycan hüquq-mühafizə orqanları hələ ki, Lankasterin fəaliyyətinə diqqət yetirmirlər.

Hərçənd onun reportajlarında düşmənin fəaliyyətləri və işğal etdiyi ərazilərdən çəkilərkən nələr törətdiyi haqda faktları da görmək mümkündür.

Beləliklə, amerikalı jurnalist bu dəfə Kəlbəcərdə düşmənin kəşfiyyat batalyonun qarşısında dayanıb və erməni hərbçilərinin öz kazarmalarını necə boşaldıb əşyaları maşına yüklədiyini nümayiş etdirir. Batalyonun komandiri, kapitan Varkis Bagdasaryan deyir ki, onlara Kəlbəcəri tərk etmək üçün noyabrın 25-nədək vaxt veriblər. Ona görə də indi kazarmanı boşaldırlar.

O, müharibənin necə başladığını danışır. Deyir ki, sentyabrın 27-də Azərbaycan ordusu bütün silahlardan, o cümlədən təyyarələrdən, artilleriyadan, raketlərdən istifadə edərək Ermənistan ordusunun bazalarını vurmağa başladı. Kadrlardan görünür ki, həmin batalyon da ordumuzun zərbələrinin təsiri altına düşüb, amma bina əsasən salamatdır. Düşmən əsgərləri isə sökülüb daşınması mümkün olan hər şeyi söküblər.

Özünün dediyi kimi “6 il yarımdır Kəlbəcərdə xidmət etdiyini” deyən Bagdasaryan nə vaxtsa yenə müharibə olacağına da inanır. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Ən çox oxunanalar