Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Soltan Hacıbəyovdur.

Bəstəkar, dirijor, pedaqoq Soltan Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olub.

Soltan Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olub.

Onun bəstəkar kimi yetişməsində, formalaşmasında xalq musiqisi ilə bərabər, atasının əmisi oğlu, dahi Üzeyir Hacıbəyovun böyük xidməti olub. O, 1930-cu ildə Bakıya köçərək məhz Üzeyir Hacıbəyovun ailəsində yaşayaraq təhsil alıb.

Soltan Hacıbəyov 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olaraq çalışıb. 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının əvvəl bədii rəhbəri, sonra direktoru olub. 1969-cu ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar