Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Özümüzü yenə Avropada görürük...” - Ərdoğan Qərbə təslim olur?

Müstəqilliyin önündə bir çox maneələr var, ancaq xalqın içindəki zəiflik kompleksləri bundan daha güclüdür. Müstəqil və mütərəqqi xalq olmaq üçün əvvəlcə bu “saxta şüuru” və Qərbə olan simpatiyanı silib atmaq lazım gələcək...

Gaffar Yakınca
“Aydınlık” qəzeti, Türkiyə, 23 noyabr 2020-ci il

Prezident Ərdoğanın AKP-nin toplantısında etdiyi çıxış ölkənin Qərb qrupunda bir sevinc dalğası yaradıb. Müxalifətin tanınmış simaları sevinir. Ərdoğanın: “Özümüzü başqa yerdə deyil, Avropada görürük. Gələcəyimizi AB ilə qurmağı düşünürük”, açıqlamasını Qərbə təslim olmaq kimi başa düşürlər. “qərblilər adamı belə yola gətirərlər”, deyə düşünüb sevinirlər.

Bəs dövlət nə demək istəyir?

Bu məsələnin ilk ölçüsü ünsiyyətlə bağlıdır. Qərblilərin Ərdoğanı təhqir həddinə çatan istehzalı fikirləri yuxarıda göstərdiyim cümləyə əsaslanır. Lakin məsələnin bir başlanğıcı və sonu var və hər danışıqda olduğu kimi həqiqi mənasını yalnız bütöv baxdıqda başa düşə bilərik. Ərdoğanın sözləri bütövlükdə belədir:

“AB-nin bizə verdiyi vədlərə əməl etməsini, ayrı-seçkilik etməməsini və ən azından ölkəmizə qarşı açıq düşmənçiliklərdə vasitə olmamasını gözləyirik. Özümüzü başqa bir yerdə deyil, Avropada görürük. Gələcəyimizi AB ilə qurmağı düşünürük.

Regional və qlobal məsələlərin həllində Amerika ilə müttəfiqlik münasibətlərimizdən fəal şəkildə istifadə etmək istəyirik. Rusiyaİran kimi köklü tarixi münasibətlər qurduğumuz ölkələri heç vaxt gözardı edə bilmərik. İslam dünyası və Türk dünyası ilə çox dərin münasibətlərimiz var. Regional paktlarla əməkdaşlığımızı inkişaf etdirməyə çalışırıq. Nə olursa olsun, ərazi bütövlüyü və siyasi birliyə əsaslanan həll yolları üzərində işləyirik. Heç kimin Türkiyəni yalan arqumentlərlə ittiham etməyə, təcrid və ya təhdid etməyə haqqı yoxdur”.

Deyə bilərsiniz ki, “Bunda nə var ki? Müxalifət mediası həmişə söhbətləri öz istədiyi kimi təqdim edir”. Ancaq bilməlisiniz ki, bu işi görən müxalifət mediası deyil, Anadolu Agentliyinin sosial media hesabıdır. Ərdoğanın sözlərini məhz dövlətin xəbər agentliyi özü təhrif edilə bilər. Bu da mütləq araşdırılmalı bir məsələdir.

Prezident nə demək istədi?

Məsələnin ikinci tərəfi Prezidentin sözlərinin mənası ilə əlaqədardır. Əlbəttə ki, sözlərin kəsilmiş hissəsini deyil, hamısını nəzərdə tuturuq. Bu sözlərdən nəticə olaraq Türkiyənin Qərblə münasibətlərində keçmişə qayıdacağını və 75 il əvvəl olduğu kimi yenidən Qərbin əmrinə keçəcəyini çıxarmaq absurddur. Ərdoğan açıq şəkildə Qərbə “işimizə qarışmayın”, deyir və “müstəqil yolumuzda hərəkət etdiyimiz üçün bizi təhdid edə bilməzsiniz”, mesajını verir.

Vurğulamaq lazımdır ki, Türkiyənin Qərblə olan münasibətlərinə fikir verməsi müvəqqəti siyasi manevr deyil, tarixi bir zərurətin təbii nəticəsidir. Çünki artıq imperialist mərkəzlər gücünü itirdiyi üçün dünya təkqütblü olmaqdan çıxır. Türkiyə yeni dünyada öz şərəfli yerini qarantiyaya almalıdır.

Sözsüz ki, gücün Qərbdən Şərqə keçməsi özü ilə birlikdə böyük qarşıdurmalar və gözlənilməz gərginlikləri də gətirir. Dünyanın ən təlatümlü dövründə Türkiyəni idarə etmək məsuliyyəti isə Ərdoğanın çiyinlərindədir. Türkiyə dünyanın tarazlığını təkbaşına dəyişdirmək gücünə sahib deyil, bunun üçün bir tərəfdən mövcud tarazlığı idarə edərkən, digər tərəfdən də müstəqilliyə doğru hərəkət etməlidir. Türkiyənin Qərblə köhnə əlaqə formatına son qoymasının yolu bütün əlaqələri kəsməkdən deyil, əvvəla münasibətləri Türkiyənin xeyrinə çevirməkdən keçir. Bu, həm də Qərbə türklərə və İslama qarşı düşmənçilikdən qurtulmaq üçün verilən bir şans kimi qiymətləndirilməlidir. Qərbdən imperializmin ona bəxş etdiyi şirin meyvələrdən təkbaşına imtina etməsini gözləmək sadəlövhlük olardı.

Qərbin qarşısındakı “saxta şüur”

Mövzuya dair üçüncü məqam da özünü milli sıralarda görən insanlar arasındakı çaşqınlıqdır. Həftə sonu “Türkiyə” qəzetindəki bir köşə yazısında belə bir cümlə işlənib: “Pul Qərbdədir, Şərqdə isə heç bir şey yoxdur”. Bu sözlər obyektiv reallığın inkarına səbəb ola biləcək Qərb meyilliliyinin yalnız müxalifətdə deyil, milli dairələrdə də aktiv olduğunu göstərir. Halbuki məsələ Türkiyənin Qərbdə və ya Şərqdə olması deyil, əksinə öz dəyərləri və təbii regionu üzərində müstəqil olmaq məsələsidir. Müstəqilliyin önündə bir çox maneələr var, ancaq xalqın içindəki zəiflik kompleksləri bundan daha güclüdür. Müstəqil və mütərəqqi xalq olmaq üçün əvvəlcə bu “saxta şüuru” və Qərbə olan simpatiyanı silib atmaq lazım gələcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar