Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vandallar qənimət bilir, amma: Bizim o işıq dirəklərinə ehtiyacımız yoxdur

Rəsul Süleymanov: “İşğaldan azad edilmiş ərazilərdə yeni, müasir enerji təchizatı sistemi qurulacaq və köhnə elektrik dirəkləri yeni tipli elektrik xətləri üçün uyğun olmayacaq”.

Azərişıq” ASC Horadiz şəhərindəki yarımstansiyadan Cəbrayıl şəhərinə və Hadrut qəsəbəsinə elektrik enerjisi verilməsini bərpa edib. İşğaldan azad edilmiş ərazilərin vəziyyətinə baxanda görünür ki, “Azərişıq”-ın irimiqyaslı işləri qabaqdadır və bu səbəbdən də döyüş bölgəsindəki mülki obyektlərə dəyən ziyanın aradan qaldırılması üçün tədbirlərin gecə-gündüz aparılması təəccüblü deyil.

ASC-dən verilən məlumata görə, hazırda yeni enerji mərkəzləri, elektrik xətləri, elektron rele qorunması və avtomatlaşdırma sistemləri yaradılır. Elektrik infrastrukturunun yenidən qurulması üçün hazır layihələr də reallaşdırılmağa başlanılır. Bundan əlavə, dövlət başçısının sərəncamına əsasən, “Azərişıq Qarabağda” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təmin olunması üçün təcili tədbirlər görülür.

Azərbaycan hakimiyyəti ölkənin erməni işğalçılarından azad edilmiş hissəsində həyatın, infrastrukturun və iqtisadiyyatın bərpasından narahat olsa da, torpaqlarımızı tərk edən vandallar biabırçı gedişləri zamanı əllətinə keçən hər şeyi məhv etməyə davam edirlər. Eyni zamanda, ən təsiredici olan beynəlxalq xəbər agentlikləri və Rusiya sülhməramlılarının Kəlbəcər ərazisində ermənilərin elektrik dirəklərini sökməsini göstərən görüntülərdir.

Bu məqamı AYNA-ya şərh edən Azərbaycan Enerji Mütəxəssisləri Assosiasiyasının (AEMA) direktoru Rəsul Süleymanovun sözlərinə görə, ermənilərin sonradan satış və qazanc üçün sökdükləri elektrik dirəkləri, burada sıfırdan yeni bir infrastrukturun inşa ediləcəyi baxımından, demək olar ki, bizim üçün heç bir maraq kəsb etmir: “İşğaldan azad edilmiş ərazilərdə yeni, müasir bir enerji təchizatı sistemi qurulacaq və köhnə elektrik dirəkləri, böyük ehtimalla, yeni tipli elektrik xətləri üçün uyğun olmayacaq. Buradakı naqillər fərqli bir sistemə görə çəkiləcək və onların daha sonra xüsusi bir şəkildə yapışdırılacağı xüsusi bir diametrli metal dirəklər tələb olunacaq”.

Süleymanova görə, ən başlıcası, bu cür hərəkətlərlə ermənilər özlərinə zərər verirlər: “Demək istəyirəm ki, ermənilər təxribatları ilə ilk növbədə öz hökumətlərini nüfuzdan salırlar. Digər tərəfdən, orada talançılıqla yalnız yerli sakinlər məşğul olmur, həm də Ermənistan ərazisindən gələn və vəziyyədən qazanc üçün istifadə edən insanlar da ola bilər. Meşələri qırır, odun kəsib, köhnə enerji sistemini söküb maşınla aparırlar. Dövlətimiz bu dirəklərdən istifadə edə də bilər, etməyə də, amma böyük ehtimalla, yeni enerji təchizatı sistemi üçün onlara ehtiyac olmayacaq”.

Bu arada, ekspert qeyd edib ki, ixtisaslaşmış qurumlar onsuz da Azərbaycanın azad edilmiş ərazilərində dəymiş ziyanı araşdırmağa və hesablamağa başlayıblar: “Məsələn, “Azərişıq” ASC ölkənin azad edilmiş torpaqlarında elektrikötürücü infrastrukturun lazımi bərpa işlərini aparır. Bu tədbirlər çərçivəsində qurumun açıqlamasında deyildiyi kimi, Şuşaya elektrik təchizatı bərpa edilib. Eyni zamanda, Cəbrayıl bölgəsi elektrik şəbəkəsinə qoşulub. Hazırda Azərbaycanın nəzarəti altına qaytarılan ərazilərin sabit və keyfiyyətli enerji təchizatı ilə bağlı işlər davam edir və tezliklə digər bölgələrə elektrik enerjisi veriləcək”.

Xatırladaq ki, ASC-nin özünün açıqlamasına görə, “Azərişıq” Ermənistan Silahlı Qüvvələrinin cəbhə xətti boyunca mülki obyektlərə vurduğu ziyanın aradan qalxması üçün gecə-gündüz bərpa işləri aparır. Bunlar arasında işğaldan azad edilmiş ərazilərdə yeni enerji mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan istifadə edilərək 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, elektron rele mühafizəsi və avtomatlaşdırma sistemləri, telemexanika sistemləri, 35 kV-luq OİN kabellərindən istifadə olunan elektrik xətlərinin çəkilişini qeyd etmək olar. Cəmiyyətin verdiyi məlumata görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi ərazilərdə elektrik enerjisi də daxil olmaqla həyatın bütün sahələrində genişmiqyaslı işlər aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar