Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira Axundova ilə bağlı rəsmi açıqlama

Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif olunmuş formada paylaşılmasına dair açıqlama yayıb.

"Səfir Elmira Axundova aparıcı Şusterin “Türkiyə Azərbaycanın hazırda əsas müttəfiqidir və beləliklə də, Türkiyə ən azı Zaqafqaziyada ciddi faktordur, belədirmi?” sualına “Yəgin ki, belədir... Türkiyə Rusiya ilə birlikdə mütləq bu münaqişənin həllinin nizamlanmasında iştirak edəcəkdir, buna da heç də təəcüblənmək lazım deyil. Çünki Türkiyə 1991-ci ildən ölkəmizin ən yaxın müttəfiqidir... həmişə bizə dəstək olub. Biz qardaş dövlət və qardaş xalqlarıq...” fikirlərini söyləyib. Səfir E.Axundova çıxışını “hansısa Türkiyə bizə kömək etməyib” kimi yox, məhz “heç də nə Rusiya, nə Türkiyə! Biz özümüz bunu etdik – bizim əsgərlərimiz, bizim zabitlərimiz!” ifadəsi ilə yekunlaşdırıb", - məlumatda bildirilib.

Səfirlikdən verilən məlumata görə, E.Axundovanın Şusterin 13 noyabr tarixli bu verilişindəki nitqinin tam videosu səfirliyin sosial şəbəkələrində yerləşdirilmiş və yalnız facebook səhifəsində bu videonun 100 minə yaxın izləyicisi olub və əsasən də ermənilər tərəfindən həmin videoya nəlayiq sözlərlə şərhlərin verilməsi davam edir.

"Onu da qeyd etmək istərdik ki, bu verilişə səfir E.Axundova ilə eyni zamanda Ermənistanın Ukraynadakı səfiri də dəvət olunmuş, nəticədə isə erməni səfiri bunun “yaxşı ideya” olmadığını veriliş təşkilatçılarına bildirərək qəti şəkildə çıxış etməkdən imtina edib.

Qeyd edək ki, səfir E.Axundova Ukraynaya təyinatının ilk günlərindən məhz Türkiyə səfirliyi ilə sıx və isti münasibətlər qurmuşdur. Belə ki, səfirliyimizin təşəbbüsü ilə Türkiyə Respublikasının qurucusu, dahi Atatürkün 10 Noyabr - Anma Günündə Ukraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun yaratdığı büst-əsərin hədiyyə şəklində təqdim edilməsi Türkiyə səfirliyi və türk mətbuatı tərəfindən yüksək qiymətləndirilib.

Eləcə də, səfirliyimizin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyimiz Günü münasibətilə Kiyev şəhərinin mərkəzində yerləşən nüfuzlu “UNİAN” informasiya agentliyində Azərbaycan və Türkiyə səfirlərinin birgə brifinqində bəyan etdikləri fikirləri Ukraynanın aparıcı KİV-ləri və geniş ictimaiyyəti arasında ciddi marağa səbəb olmuşdur. Belə misalları yenə də gətirmək olardı.

8 Noyabr tarixində Şuşa şəhərimizin işğaldan azad olunması ilə bağlı Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqına müraciəti zamanı zəfər dolu nitqində səsləndirdiyi “Bizim torpaqlarımızı yalnız Azərbaycan əsgərləri, Azərbaycan zabitləri azad edirlər. Məhz əsgərlər, müdafiəyə sinəsi ilə dayanmış, heçnədən qorxmayaraq, əllərində bayraq, əllərində silahla düşməni qovurlar və məhv edirlər. Bizim əsgərlərimizə eşq olsun!” bəyanatını səfir E.Axundova uyğun şəkildə Ukraynanın geniş tamaşaçı auditoriyasına növbəti efir vaxtlarında dəfələrlə çatdırıb", - səfirliyin açıqlamasında bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar