Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fransa Cənubi Qafqaz regionunda Türkiyə və Rusiyaya uduzdu” - Politoloq

Makronun Türkiyə ilə olan münasibətlərini Qarabağa daşıması nədən xəbər verir?..

Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə ekspert: “Ermənistanın işğal etdikləri ərazilərdən çıxması və Rusiya sülhməramlılarının Qarabağda təkbaşına yerləşdirilməsi Fransanı narahat edir”.

“Fransa bütün bunları ona görə edir ki, Türkiyənin Azərbaycanı dəstəkləməsi onları qane etmir. Fransa güc mərkəzi olaraq Türkiyənin bölgədə iştirakını da qəbul etmir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Fransa prezidenti Emanuel Makronun Türkiyə ilə bağlı münasibətlərini Qarabağa daşımasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi 30 ilə yaxın idi ki, Dağlıq Qarabağ münaqişənin həllinə vasitəçilik missiyasını üzərinə götürənlərin yarıtmaz fəaliyyəti nəticəsində Qarabağdakı separatçılar və Ermənistanın iştahası böyüyürdü. Sepratçılıq və işğalı davam etdirən ermənilərin ən böyük havadarı rolunda Fransa da çıxış edirdi. Amma AzərbaycanErmənistan arasında sentyabrın 27-dən başlanan müharibə demək olar ki, hər şeyə son qoydu.

Azərbaycan-ErmənistanRusiya prezidentlərinin arasında imzalanan bəyanatdan sonra isə Fransanın anti-Azərbaycan siyasəti daha da güclənib. Faransanın müxtəlif şəhər bələdiyyə şuraları isə separatçı qurumun “müstəqilliyini” tanımaq üçün yarışa giriblər. Aydın məsələdir ki, Fransanın hiddətinin əsas səbəbi Türkiyənin münaqişəsinin içində olmasıdır.

Dünən isə Fransa prezidenti jurnalistlərə verdiyi brifinqdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edərək beynəlxalq hüququn rəsmi Bakının tərəfində olduğunu bildirsə də, yenidən Türkiyəyə qarşı aqressiyasını nümayiş etdirib. “Ruslar tez bir zamanda seçim etməlidir. Biz Türklərin Qarabağda olmasını istəmirik”, deyə Fransa prezidenti vurğulayıb. Fransa prezidentinin bu sözləri belə Rusiya və Türkiyəyə qarşı ultimatum kimi səslənir.

Bəs Makronun bir vasitəçi ölkənin rəhbəri kimi, Türkiyə ilə olan münasibətlərini Qarabağa daşıması nədən xəbər verir və bu tipli açıqlamalar beynəlxalq normalara nə qədər uyğundur?

Mövzunu PİA.az-ın əməkdaşı Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə ekspert Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Artıq Azərbaycan-Rusiya və Türkiyə Fransanı oyundankənar vəziyyətdə qoyub”.

Fransanın Şimali Afrikada, Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində Türkiyə, Rusiya ilə qarşıdurma içində olduğunu xatırladan ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, birmənalı şəkildə Fransanın Cənubi Qafqaz regionunda Türkiyə və Rusiyaya uduzduğu artıq özü-özünə aydındır:

“Fransa müharibə başlanan ilk gündən ermənipərəst mövqeyini ortaya qoydu. Fransa prezidenti Emanuel Makron Avropa Birliyinin tədbiri başlamamışdan əvvəl belə bir açıqlama verdi ki, guya Fransa kəşfiyyatının əlində olan məlumata görə Azərbaycan və Türkiyə muzdluları Yaxın Şərqdən Qarabağa gətirib və Ermənistanla döyüşdə onlardan istifadə edir. Həmçinin Fransa Azərbaycana açıq dəstək verdiyi üçün Türkiyəni də ittiham etdi.

Eyni zamanda noyabrın 10-da Azərbaycan-Ermənistan-Rusiya prezidentlərinin imzaladığı bəyanatı da Fransanın alqışladığını demək olmaz. Əksinə olaraq Fransa bu məsəlyə şübhəli nöqteyi nəzərdən yanaşdı və Ermənistanın hüquqlarını önə çəkdi. Bu günlərdə isə ABŞ dövlət katibi Mayk Pompeonun Parisə səfəri zamanı Fransanın xarici işlər naziri ilə görüşüb. Bu görüşdə onlar ATƏT-in Mins qrupunun həmsədri kimi Rusiyadan hesab tələb etmək qərarına gəliblər. Bildiriblər ki, ATƏT-in Minsk qrupu olan Rusiya niyə başqa üzvlərdən məsləhətləşməmiş belə bir bəyannaməni imzalayıb.

Fransa prezidenti hətta bildirib ki, Azərbaycanın nəzarəti altında keçmiş ərazilərdə yaşayan ermənilərə humanitar yardım göstərmək lazımdır. Artıq məlumata görə bu gün humanitar yardımla dolu təyyarə Yervanda eniş edib və növbəti yardımın noyabrın 27-də olacağı gözlənilir.

Nəzakət Məmmədova: “Fransa münaqişədə manipulyasiya etmək və Azərbaycanı təzyiqlərə məruz qoymaq imkanlarını itirib”.

Fransa bütün bunları ona görə edir ki, Türkiyənin Azərbaycanı dəstəkləməsi onları qane etmir. Fransa güc mərkəzi olaraq Türkiyənin bölgədə iştirakını da qəbul etmir. Buna görə də Fransa Dağlıq Qarabağ münaqişəsi üzərində ABŞRusiya ilə birlikdə monopoliyalarını saxlamaq istəyir. Sülh yolu ilə münaqişənin həll edilməsi isə Fransanın maraqlarına uyğun deyil. Xüsusilə Ermənistanın işğal etdikləri ərazilərdən çıxması və Rusiya sülhməramlılarının Qarabağda təkbaşına yerləşdirilməsi Fransanı narahat edir.

Bütün bunlar onu göstərir ki, regionda 30 ilə yaxındır qurulan status-kvonun dağılması Fransanı qane etmir. Çünki Fransa münaqişədə manipulyasiya etmək və Azərbaycanı təzyiqlərə məruz qoymaq imkanlarını itirib. Üstəlik də münaqişənin bu cür həll edilməsi Fransanın beynəlxalq nüfuzuna zərbə vurdu. Çünki Rusiya bölgəyə sülhməramlı göndərdi və tərəfdaş olaraq da Türkiyəni seçdi. Təbii ki, bu da Fransanı qane etmir.

Nəzakət Məmmədova: “Ermənistanın işğal etdikləri ərazilərdən çıxması və Rusiya sülhməramlılarının Qarabağda təkbaşına yerləşdirilməsi Fransanı narahat edir”.

Məlumdur ki, Fransada olan erməni lobbisi və Fransanın regionda olan maraqları münaqişəyə təsir edir. Amma artıq Azərbaycan-Rusiya və Türkiyə Fransanı oyundankənar vəziyyətdə qoyub. Yəqin ki, bundan sonra Fransa regiondakı proseslərə yalnız Ermənistan və Gürcüstan vasitəsilə müdaxilə edə bilər. Fransa Azərbaycana təsir imkanlarını böyük ölçüdə itirdi. Bu da Fransa üçün ağır geostrateji itkidir.

Bildiyimiz kimi Fransanın Şimali Afrikada, Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində Türkiyə, Rusiya ilə qarşıdurması mövcuddur. Amma birmənalı şəkildə deyə bilərik ki, Fransa Cənubi Qafqaz regionunda Türkiyə və Rusiyaya uduzdu. Bu özü-özlüyündən ortadadır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Fransa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar