Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə faktoru hər şeyi dəyişdi - Məşhur rusiyalı politoloqla müsahibə

Məşhur rusiyalı jurnalist, politoloq, Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, “Rusiya Qlobal Siyasətdə” jurnallının baş redaktoru Fedor Lukyanov Qarabağda Azərbaycanın qələbəsi ilə yekunlaşan müharibənin davamı olan siyasi proseslər barədə Media.Az saytının suallarını cavablandırıb.

- ATƏT-in Minsk Qrupu daha çox ölüdür? Son günlərdə ATƏT-in Minsk Qrupunun aktivləşdirilməsinin vacibliyi, bəzi funksiyaların ona verilməsi barədə yenidən müzakirələr başlayıb...

- Minsk Qrupu mövcud olmağa davam edəcək, axı heç kim ATƏT-i ləğv etməyib. İstənilən beynəlxalq institusional qurumu yaratmaq daha asandır, nəyin ki, onun fəaliyyətinə xitam vermək. Beynəlxalq səviyyədə bürokratik ətalət milli səviyyədə olan ətalətdən daha güclüdür. Bundan əlavə, nəzərə alınmalıdır ki, ABŞ və Fransa Minsk Qrupunun həmsədr ölkələridir və onlar öz rollarını müəyyənləşdirmək istəyirlər.

İndi vəziyyət (Qarabağ münaqişəsi ətrafında - red) Qərb dövlətlərinin iştirakı olmadan dəyişib, buna görə də hər hansı bir vasitə ilə də olsa bu prosesdə qalmaq, bəlkə də öz rollarını geri qaytarmaq istəyirlər. Minsk Qrupu formatı onlara belə bir fürsət verir. Bu struktur həqiqətənmi hər hansı bir funksiyanı yerinə yetirəcək və ya proseslərə təsir edəcək? Mən əmin deyiləm. İndi vəziyyət başqa bir mərhələyə keçib. Əsas rolu münaqişə zonasında gücə sahib olanlar, yəni Rusiya və Türkiyə və təbii ki, iştirakçı olaraq Azərbaycanla Ermənistan oynayır.  Məhz bu ölkələr prosesin dinamikasını müəyyənləşdirirlər. Qalanları isə bir növ köməkçi funksiyalarla məşğul olmağı təmin edə bilər, ancaq nəyisə müəyyənləşdirə bilməz.

- Azərbaycandakı və bir çox başqa ölkələrdəki mütəxəssislər Minsk Qrupunun özünü nüfuzdan saldığını düşünürlər. Tərəflərdən biri olan Fransanın Ermənistanın tərəfini açıq şəkildə tutan davranışlarına diqqət yetirmək kifayətdir. Seçkilərə görə Qarabağ ABŞ-ın marağında deyildi, baxmayaraq ki, orada da “erməni faktoru”nu istifadə etməyə çalışdılar. Sizin sözlərinizə görə də ATƏT-in Minsk qrupu konkret nəyisə həll edə bilmir.

- Dediyim kimi, indi artıq başqa mərhələdir. Hadisələrin gedişini birbaşa təsir etmək imkanı olanlar müəyyən edir. Bunlar isə sadaladığım dörd ölkədir.

Əlbəttə ki, ABŞ-ı tamamilə hadisələrdən kənarda saxlamaq mümkün olmayacaq. Bu ölkə fərqli istiqamətlərdə müxtəlif böyük imkanlara malikdir. Yeni rəhbərliyin (Co Bayden - red.) dövründə ABŞ-ın regional münaqişələrə marağı bir qədər yüksək olacaq. Vaşinqton müvafiq olaraq müəyyən aktivlik göstərəcək. Ölkələr iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid olanlar hadisələrin gedişatını birbaşa müəyyən edir, ikinci kateqoriyadan olanlar isə onlara mümkün qədər təsir etməyə çalışır.

- Ayrı bir mövzu Türkiyədir. Ankara faktoru bölgədə nə qədər ciddidir?

- Siz bunu daha yaxşı bilirsiniz (gülür). Əslində türk faktoru hər şeyi dəyişdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti qətidir. Ankaranın yalnız Cənubi Qafqazda deyil, bütün sərhədləri boyunca apardığı roldan çox şey asılıdır.

- Azərbaycanla Ermənistan arasında imzalanmış böyük siyasi sazişin perspektivləri barədə nə düşünürsünüz? Bakı, ki bu başa düşüləndir, əlləri qan içində olan rejimin nümayəndələri ilə danışmağa hazır deyil..

- Mən indi heç bir perspektiv görmürəm. Məsələ güc yolu ilə bir tərəfin digər tərəfə üzərində üstünlüyü ilə həll edildi. Ermənistanda nə vaxt və necə bitəcəyi bilinməyən kəskin bir siyasi böhran var. İrəvandakı hökumət özünü qoruyub saxlaya və ya dəyişə bilər. Xarici oyunçular öz maraqlarını təmin etdilər, ancaq bu maraqlar da dəyişə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar