Şənbə, 16 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək

"İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Ənzəli arasında dəmiryolu xəttinin istismara verilməsi ilə Fars körfəzi dəmiryolu vasitəsi ilə Xəzər dənizinə birləşəcək".

Bunu İranın Nəqliyyat İnfrastrukturlarının inşası və inkişaf etdirilməsi şirkətinin direktor müavini Abbas Xətibi Fars informasiya agentliyinə açıqlamasında deyib.

A.Xətibinin sözlərinə görə, Rəşt şəhərindən Ənzəli şəhərində Kaspian limanınadək dəmiryolu xəttinin uzunluğu 37 kilometrdir.

Xətibi əlavə edib ki, indiyədək bu dəmiryolu xəttinin inşasına 22,9 trilyon rial (təxminən 545 milyon dollar) vəsait yatırılıb və inşa işlərində 25% irəliləyiş var.

Şirkət rəsmisi bildirib ki, daha 4 trilyon rial (təxminən 95,2 milyon dollar) vəsaitin yatırılması ilə bu dəmiryolu gələn ilin 2-ci ayında (21 aprel -21 may 2021) istismara veriləcək.

Xətibi deyib ki, ümumilikdə İranda 13,9 min kilometr uzunluğunda dəmiryolu xətlərindən istifadə olunur. 3,35 min km uzunluğunda dəmiryolu xətləri inşa edilməkdədir. Həmçinin 6,31 min km uzunluğunda dəmiryolu xəttinin inşa olunması ilə əlaqədar araşdırmalar aparılır. (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

Rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunur

Vüqar Səfərlidən 26 milyon manat tələb olunur – Onun Əli Həsənovu satdığı iddia olunur...

“Paşinyan Putinin ayaqqabılarını yalayaraq canını qurtardı” - Qabrelyanov

Operatib Qərargahdan məktəblərlə bağlı açıqlama

İlham Əliyevdən “Azərlotereya” ilə bağlı sərəncam

Bu tarixlərdə beynəlxalq və ölkədaxili uçuşlara icazə veriləcək

Prezidentin Şuşaya yanvarın 14-də səfər etməsi təsadüfi deyil - Mistik numerologiya

loading...

Ən çox oxunanalar