Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

Lavrovun və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Azərbaycanın xeyrinə bəyanatlar səsləndirməsi nədən xəbər verir?..

Politoloq: “Görünən odur ki, Rusiya erməni silahlılarının Dağlıq Qarabağdakı hərəkətlərindən istənilən halda narazıdır”.

Azərbaycan prezidenti Rusiya müdafiə naziri ilə görüşdə də Türkiyənin Qarabağda olacağı mesajını verdi”.

Bu sözləri politoloq Əhəd Məmmədli dünən Rusiyan prezidenti Vladimir Putinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi adlandırmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib. Kreml rəhbəri Qarabağın Azərbaycana məxsus olduğunu bildirib.

Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir”, - deyə Rusiya lideri bildirib.

Xatırladaq ki, bundan əvvəl isə Putin Dağlıq Qarabağda status-kvonun bərpa ediləcəyini demişdi. Lavrovun və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Azərbaycanın xeyrinə bəyanatlar səsləndirməsi nədən xəbər verir? Ümumiyyətlə Lavrovun və Şoyqunun ErmənistanAzərbaycana səfərlərini necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Sülhməramlıların Araik Arutyunyanla görüşünü, Araikin çıxışlarını və video paylaşımlarını, həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyinin Qarabağda olan dağıntıları yenidən qurmaq qərarına gəlməsini, Qarabağa yeni texnika materiallarının daşınmasını Azərbaycan ciddi şəkildə nəzarətdə saxlamalıdır”.

Rusiya televizyalarında Putinin agentləri olan aparıcıların verlişlərində də Dağlıq Qarabağın və oradakı məsələlərin Azərbaycanın səlahiyyətində olduğunu bildirdiklərini nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Rusiya sülhməramlıları sadəcə olaraq orada üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Politoloq hesab edir ki, ümumilikdə Rusiya prezidentinin son açıqlamaları Azərbaycanın xeyirndir:

“Əvvəla onu qeyd edim ki, Putin çıxışında status-kvonun indi yox, sonra həll olunacağına eyhamı vurmuşdu. Amma dünən Rusiya prezidenti Dağlıq Qarabağın beynəlxalq hüquqlarla Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirdi. Bu da Azərbaycan üçün çox vacib yanaşma idi.

Qeyd edim ki, Rusiya televizyalarında Putinin agentləri olan aparıcıların verlişlərində də Dağlıq Qarabağın və oradakı məsələlərin Azərbaycanın səlahiyyətində olduğunu bildirdi. Rusiya sülhməramlılarının isə sadəcə olaraq orada üzərinə düşən vəzifələri yerinə yetirmək üçün olduğu vurğulandı. Bu da Azərbaycanın xeyrinə olan açıqlamalardır.

Xatırladım ki, Putin bu açıqlamadan bir gün əvvəl xəbərdarlıq etdi. Putin Ermənistana və müxalifətə müraciət edərək bildirdi ki, əgər bəyanat pozulacaqsa, bunun alternativi müharibədir. Müharibə də Ermənistan üçün faciə deməkdir.

Əhəd Məmmədli: “Şoyqu Ermənistana səfəri zamanı sivil geyimdə idi. Amma o Azərbaycan prezidenti ilə görüşdə hərbi formada idi. Bu geyimlə də ola bilsin ki, Rusiya Azərbaycana mesaj verirdi”.

Yayılan məlumatlara görə Ağdamda rus sülhməramlıları ilə erməni silahlıları arasında toqquşma oldu. Düzdür bunu Rusiya rəsmi olaraq təsdiqləmədi. Amma ortada nəyinsə olduğunu görünür. Görünən odur ki, Rusiya erməni silahlılarının Dağlıq Qarabağdakı hərəkətlərindən istənilən halda narazıdır.

Rusiya rəsmilərinin həm Azərbaycana, həm də Ermənistana səfərlərində bir neçə məqamlar var. Bu məqamlardan biri odur ki, Rusiyanın müdafiə naziri Şoyqu Ermənistana səfəri zamanı sivil geyimdə idi. Amma o Azərbaycan prezidenti ilə görüşdə hərbi formada idi. Bu geyimlə də ola bilsin ki, Rusiya Azərbaycana mesaj verirdi. Amma Azərbaycan prezidenti Rusiya müdafiə naziri ilə görüşdə də Türkiyənin Qarabağda olacağı mesajını verdi.

Əhəd Məmmədli: “Dekabrın 1-dən sonra isə Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Qazağın 7 kəndinə də öz nəzarətini qaytarmalıdır”.

Hələ ki, dövlətlər arasında masa arxasında mesajlaşma gedir. Düşünürəm ki, Azərbaycan hər dəfə və hər görüşdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını vurğulamlıdır. Dekabrın 1-dən sonra isə Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Qazağın 7 kəndinə də öz nəzarətini qaytarmalıdır. Bu istiqamətdə Azərbaycan artıq işlərə başlamalıdır. Bu işlər həm hərbi, həm də siyasi müstəvidə olmalıdır.

Onu da qeyd edim ki, sülhməramlıların Araik Arutyunyanla görüşünü, Araikin çıxışlarını və video paylaşımlarını, həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyinin Qarabağda olan dağıntıları yenidən qurmaq qərarına gəlməsini, Qarabağa yeni texnika materiallarının daşınmasını Azərbaycan ciddi şəkildə nəzarətdə saxlamalıdır. Hətta Azərbaycan bu kimi halların qarşısını almaq üçün işlər görməlidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar