Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fitch": Azərbaycanın builki strateji valyuta ehtiyatları təxminən 50 mlrd. dollar təşkil edəcək

"Fitch Ratings" beynəlxalq agentliyinin proqnozlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi bu il 49,8 mlrd. ABŞ dolları təşkil edəcək ki, bu da ölkənin 31 aylıq cari xarici ödənişlərinə (CXP) bərabərdir.

"APA-Economics"in agentliyin hesabatına istinadən verdiyi məlumata görə, ölkənin strateji valyuta ehtiyatlarının əsasını təşkil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlindən cəmi 0,1% azalıb. Agentliyə görə, ARDNF tərəfindən reallaşdırılan hazırkı valyuta satışının səviyyəsi dövlətin 2020-ci il üçün ötən ilin avqust ayında elan etdiyi yenidən işlənmiş büdcə planı ilə uyğundur və manatın ABŞ dollarına qarşı sabit məzənnəsini qorumağa kifayətdir.

Xatırladaq ki, bu ilin oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49,8 mlrd. dollar, 2019-cu ildə isə 51,1 mlrd. dolları təşkil edib.

Qeyd edək ki, "Fitch"in terminologiyasına əsasən, cari xarici ödənişlər mal və xidmətlərin idxalının, gəlir ödənişlərinin (işçi təzminatları və investisiya gəliri) və orta illik məzənnə ilə ABŞ dollarına çevrilən cari transfer ödənişlərinin məcmusudur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar