Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın Dağlıq Qarabağ oyunu: ATƏT-in həmsədri və ya qərəzli tərəfdaş

Amid Əliyev yazır...

10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra Qafqazda, xüsusilə də Dağlıq Qarabağda baş verən siyasi proseslər dinamik şəkildə dəyişərək müxtəlif variasiyalarda özünü biruzə edir.

Bəyanatın imzalanmasından sonra Azərbaycan tərəfinin qalib olması, Ermənistanın məğlub imici və bölgəyə gələn rus sülhməramlıları bir sıra qərb siyasi dairələrini və dövlətlərini narahat etməyə başlamışdır. İlk öncə belə mövqedə Fransa Respublikası çıxış etməyə başlamışdır. Belə ki, 27 sentyabr tarixində başlayan hərbi əməliyyatlardan dərhal sonra Fransa prezidenti Emmanuel Makron Azərbaycandan hərbi əməliyyatları dayandırmağı tələb etmiş və Avropada Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa başlamışdır. Fransanın ATƏT-in Minsk qrupunda mövcud olan 3 həmsədr ölkədən biri olduğu və bu müharbədə bitərəf mövqe sərgiləməli olduğu təqdirdə, Azərbaycana qarşı qərəzli çıxış etməsi və Ermənistan tərəfini dəstəkləməsi, eləcə də ermənipərəst mövqeyini açıq şəkildə nümayiş etdirməsi olduqca gözlənilən bir hal idi. Çünki 30 il ərzində Fransa rəsmi olaraq bir neçə dəfə Ermənistanı dəstəklədiyini bildirmiş, 1993-cü ildə BMT-nin TŞ-sı tərəfindən qəbul edilən 4 Qətnamənin qəbuluna müsbət rəy bildirdiyi halda, həmin Qətnamələrin icrası istiqamətində əməli tədbirlər həyata keçirməmişdir.

Bunlara rəğmən, imzalanmış Bəyanatdan sonra Fransanın bölgədə baş verən siyasi proseslərdə iştirak etmə cəhdləri daha da artmışdır. Bəyanatdan sonra Fransanın Avropa və Xarici işlər naziri Jan İv Le Drian və digər həmsədr ABŞ-ın dövlət katibi Mayk Pompeo birgə bəyanatla çıxış edərək Rusiyanın vasitəçiliyi ilə üçtərəfli razılığın əldə edilməsi Fransa və ABŞ ilə razılaşdırılmamış və Türkiyənin bu bölgədə iştirakının yolverilməz olduğu qeyd olunmuşdur. Qarabağ ətrafında baş verən siyasi hadisələr fonundan Fransa və ABŞ-nın belə mövqe tutması ilk öncə Rusiyanın bu məsələdə dominantlıq təşkil etməsindən doğan qısqanclıq hissindən və Türkiyənin Qafqazda artan nüfuzundan irəli gəlir. Bundan başqa, bölgəyə daxil olan sülhməramlıların tərkibinin beynəlmiləl yox, məhz bütünlüklə rus hərbiçilərindən ibarət olması da bu narahatlığın yaranmasına səbəb olan hallardandır.

Belə olan halda, Fransa öz ermənipərəst mövqeyinə uyğun olaraq Ermənistana rəsmi səviyyədə humanitar yardımın göstərilməsini və qondarma “Dağlıq Qarabağ” Respublikasının tanınması kartından istifadə edəcəkdir. Artıq Fransada prezident E.Makronun birbaşa göstərişi ilə Xarici işlər naziri Jan İv Le Drian Fransanın digər dövlət təşkilatları ilə birgə Ermənistana humanitar yardımın göstərilməsi kompaniyasına başlamışdır. Nəzərdə tutulan yardımın əsasən 3 istiqamətdə: birincisi fransalı cərrahlar və tibbi-cərrahi avadanlıqlardan ibarət ilkin humanitar yardım 22 noyabr tarixində İrəvana xüsusi təyyarə reysləri ilə çatdırılmışdır. Bu qisimdən olan ikinci humanitar yardımın İrəvana 27 noyabr tarixində çatdılıması nəzərdə tutulmuşdur ki, bu da əsasən “Ermənistanla həmrəylik assosiasiyası”, “Aznavur fondu” və “Ümumerməni xeyriyyə şurası” tərəfindən toplanmış ianələr vasitəsilə hazırlanmış yardımlardır. İkincisi isə Fransanın Avropa və xarici işlər nazirliyinin maliyyə dəstəyi ilə Paris, Marsel və Lion şəhərlədə fəaliyyət göstərən xəstəxanları ilə Ermənistan xəstəxanaları arasında əməkdaşlığı nəzərdə tutur. Üçüncüsü isə BMT humanitar sahə üzrə ixtisaslaşmış təşkilatlarının Ermənistanda həyata keçirdikləri missiya ilə bağlıdır ki, Fransa dövləti onların yerdəki fəaliyyətinə birbaşa maliyyə dəstəyinin göstərilməsindən ibarətdir.

Qeyd olunanlardan əlavə, Paris şəhərinin meri Ann İdalqo tərəfindən “Dağlıq Qarabağ” Respublikasının tanınması məsələsi gündəmə gətirilmişdir. Qatı ermənipərəst olan Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Hətta onun müavinlərindən biri erməni Anuş Toronyandır ki, hansının ki atası fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri olan Ara Toronyandır. Ann İdalqo 2015-2018-ci illərdə Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. O, Ermənistanda yaradılmış TUMO Center for Creative Technologiesin Paris bölməsinin açılışında iştirak edib və bu mərkəzə hərtərəfli dəstək göstərib. TUMO-nun hətta Xankəndidə də ofisi olub. Bununla yanaşı, Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyası da Paris Şəhər Şurada geniş şəkildə təmsil olunur. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi də qiymətləndirmək olar. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron qarşıdan gələn seçkilərdə ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərmişdir.

Nəhayət, bütün ciddi cəhdlərə rəğmən Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Qüvvədə olan Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən, bu, yalnız bir qətnamədir, icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüslər irəli sürülür, lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır. Bir faktı da nəzərə almaq lazımdır ki, Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində son söz sahibi olan təsisat deyil, qətnamələr yalnız hökumət icazə verdiyi təqdirdə, səsverməyə çıxarıla bilər. Senatın cədvəlində də bu sənəd hazırda “qəbul oluna bilər” başlığı ilə keçir, onun mütləq şəkildə qəbul edilməsinə ehtiyac duyulmasına işarə belə verilmir. Lakin bu məsələnin əksi olduğu təqdirdə Azərbaycan dövləti Fransa ilə olan münasibətlərini bir daha nəzərdən keçirməli olacaqdır.

Amid Əliyev, politoloq

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar