Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəzifə Mürsəlova: “COVID-19 xəstələrində burun axması, yaş öskürək və bəlğəm yoxdur”

Azərbaycanda COVID-19-a yoluxanların sayı və müvafiq olaraq ölənlərin sayı artmaqda davam edir. Ötən gün daha bir kədər doğuran rekord qeydə alınıb – sutka ərzində 28 nəfər koronavirusdan ölüb.

Ölkədəki mövcud epidemioloji vəziyyət barədə Media.Az-a Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova danışıb.

- Azərbaycanda koronavirus xəstələrinin sayı sürətlə artır. İyun-iyul aylarında xəstəliyin sürətlə yayılmasın müşahidə etdik, ölkədə sərt karantin tətbiq olundu. Sizin fikrinizcə, bu gün karantin rejiminin sərtləşdirilməsinə ehtiyac varmı?

- Koronavirus infeksiyasına yoluxanların sayında artım bir çox ölkələrdə müşahidə olunur, Azərbaycan istisna deyil. Bu, gözlənilən idi. Bir tərəfdən, immunitetin əhəmiyyətli dərəcədə zəiflədiyi payız-qış mövsümü başladı, digər tərəfdən isə yoluxma sayının artmasında əvvəlki son həftələrdə ölkədə müharibə gedirdi.

Bununla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəssisələrinin, hərbi hospitalların yanında çoxlu insan toplaşıb. Bundan əlavə, şəhidlərin dəfn mərasimləri, anım mərasimləri keçirilib.

Bu zaman vətəndaşlarımız, əksər hallarda, xüsusi karantin rejimi qaydalarına əməl etməyiblər. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və təbii olaraq xalq bu böyük hadisəyə reaksiya göstərdi, insanlar küçələrə çıxdı, kütləvi yürüşlərdə iştirak etdilər. Bütün bu amillər yoluxanların sayının artmasına səbəb olub.

Karantin rejiminin sərtləşdirilməsinə gəlincə, bu cür qərarlar epidemioloji vəziyyətdən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən verilir.

Xüsusi karantin rejimi qüvvədə qalır və vətəndaşlar onun tələblərinə tam məsuliyyətlə riayət etməlidirlər. Yəni tibbi maskalar taxmalı, sosial məsafəni, gigiyena qaydalarını qorumalı və dezinfeksiyaedici vasitələrdən istifadə etməli, həmçinin, sıxlıq olan yerləri ziyarət etməməyə çalışmalıdılar.

Fürsətdən istifadə edərək, əhaliyə cərimə yazılmaması üçün deyil, öz sağlamlıqlarını və yaxınlarının sağlamlığını qorumaq üçün tibbi maska taxmaları xahişi ilə bir daha müraciət etmək istəyirəm.

- Ölüm hallarının sayının kəskin artması nə ilə əlaqədardır?

- Xəstəlikdən ölənlərin sayı yoluxanlarla birbaşa nisbətdə artır. Bundan əlavə, təəssüf ki, çox vaxt xəstəni vaxtında mütəxəssislərə müraciət edilməməsi və ya uzunmüddətli özünümüalicə səbəbindən xilas etmək olmur.

Belə də olur ki, COVID-19-a yoluxan şəxslər 7-10 gün ərzində dostları və ya əvvəllər xəstə olanlar tərəfindən tövsiyə olunan dərmanlarla müalicə olunur. Anlamaq lazımdır ki, həkim tərəfindən təyin olunmamış hər hansı dərman preparatını qəbul etmək olmaz, hər bir konkret xəstəlik halı isə individualdır.

Nəzifə Mürsəlova bildirib ki, mövsümi qrip kimi COVID-19 da respirator infeksiyadır. Bu, o deməkdir ki, həmin infeksiyaların ötürülmə yolları eynidir və simptomlar çox oxşardır, bundan əlavə, koronavirusu hər insan üçün fərqli şəkildə keçir.

Ancaq təcrübə göstərir ki, əksər hallarda COVID-19 xəstələrində burun axması, yaş öskürək və bəlğəm yoxdur. Quru öskürək, nəfəs yollarının quruluğu, nəfəs darlığı, qoxu və dad itkisi üstünlük təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar