Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis edilən 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür.

Hər ilin bu günü ədliyyə orqanlarında, məhkəmələrdə çalışan və peşəsini layiqincə yerinə yetirən ədliyyə işçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Bu gün ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından nə az, nə çox düz 102 il keçir. Bu heç də az bir müddət deyil. Azərbaycanda ədliyyə və məhkəmə sisteminin fəaliyyətinə hər il artır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı sözügedən fəaliyyət istiqamətində səmərəliliyi olduqca artırıb.

Ümumiyyətlə, dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi hər zaman aktual məsələlərdən olub və olacaq. Belə bir zərurət bütövlükdə cəmiyyətin daim inkişafda olmasından xəbər verir.

Azərbaycan Respublikasında aparılan hüquq islahatları müasir hüquq və idarəetmə sisteminin qurulmasına və hüquqi münasibətlərin modernləşdirilməsinə yönəlmiş demokratik inkişafın ayrılmaz hissəsdir. Bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq, cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.

Bu gün keyfiyyətcə daha yeni, daha səmərəli fəaliyyət mərhələsinə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və ədliyyə orqanlarının inkişafına yönəlib.

Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulmasının təməlində möhkəm ədliyyə sistemi dayanır. Möhkəm ədliyyə sisteminin yaradılması isə əzm və iradə tələb edir. Burada əsas məqsəd cəmiyyətdə insanların bütün hüquqlarına hörmətlə yanaşılmasını, açıq vətəndaş cəmiyyətinin yaradılmasını və inkişafını təmin etməkdir.

Mükəmməl normativ-hüquqi baza əsasında fəaliyyət göstərən və bu ümumi məqsədlə birləşdirilən ədliyyə orqan, idarə və təşkilatların prinsipi ölkədə daim haqq-ədaləti qoruyub saxlamaqdır.

Ümumiyyətlə, ədliyyə sözünün mənası çox genişdir. Struktur bölmələr olan həmin idarə və təşkilatlar bir-biri ilə sıx bağlı və qarşılıqlı fəaliyyət göstərərək, sistemin bütövlüyünü şərtləndirirlər. Əsl mənada möhkəm ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında barəbərlik və onun hər kəs tərəfindən icrası təmin olunur.

Bu məqsədlə, PİA.az başda ədliyyə naziri Fikrət Məmmədov olmaqla, Azərbaycanda qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı müdafiəsinə xüsusi önəm verərək, öz peşəsini şərəf və ləyaqətlə yerinə yetirən ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edir, bundan sonra da ədalətin keşiyində dayanaraq, dövlətçilik maraqlarına sədaqətlə xidmət etməyi arzu edir.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar