Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“WhatsApp” istifadəçilərinin nəzərinə: “700 AZN pulsuz bonus qazan” başlığı ilə...

Son günlər “fişinq” kampaniyalarının artdığı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar bu dəfə istifadəçilərə “WhatsApp” üzərindən “700 AZN pulsuz bonus qazan” başlığı ilə “spam” mesajlar göndərir.

Cavab mesajında “GO” yazaraq keçidə daxil olunması istənilir. Keçidə daxil olan istifadəçi zərərli saytlara yönləndirilir. Bonusu əldə etmək üçün istifadəçidən ad, soyad, cinsi, ünvanı, mobil nömrəsi kimi fərdi məlumatlarını daxil edərək saytda qeydiyyatdan keçməsi tələb olunur. Bundan sonra istifadəçi başqa bir səhifəyə yönləndirilir və ondan kart hesabının məlumatlarını daxil edərək depozit yatırması istənilir.

Məlumdur ki, bu məlumatları daxil edən istifadəçinin hesabından vəsaitlər silinir. Ələ keçirilən fərdi məlumatlar isə kiberdələduzlar tərəfindən növbəti bədniyyətli əməllərin həyata keçirilməsində istifadə olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə keçidlərə daxil olmamağa, fərdi məlumatlarını, xüsusilə kart hesablarını təqdim etməməyə çağırır. Bu kimi saytların məqsədi istifadəçiləri “tələyə” salaraq maddi vəsait ələ keçirməkdir.

Belə mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, keçidlərə daxil olmasınlar və ''Report spam (Şikayət et)'' seçimini etməklə mesajı ''spam'' olaraq şikayət etsinlər.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar