Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirusa yoluxan deputatların sayı 10-a çatdı

Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronavirus testindən keçiriliblər. 

"Gününsesi.info" saytı xeyli sayda deputatın testlərinin pozitiv çıxdığı haqda məlumat yayıb. Sayt bu sırada Vüqar Bayramov və Soltan Məmmədovun adlarını çəkib. 

Xatırladaq ki, bir neçə gün əvvəl deputatlar Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilmişdi. 

"AzPolitika"-ya daxil olan məlumata görə, koronavirusa yoluxan deputatların sayı 10-dan çoxdur. Adı çəkilənlərlə yanaşı deputatlar Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudov da testləri pozitiv çıxanlar sırasındadır. Günün sonunda daha bir deputatın - Qənirə Paşayevanın da koronavirusa yoluxduğu məlum olub.  

Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda “Covid-19-“a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı açıq havada da maskasız gəzmək qadağan olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi

“YAP hakimiyyəti 27 ildir demirdimi ki...” - Natiq Cəfərli

ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

loading...

Ən çox oxunanalar