Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus mediası Ağdamı “Ruhlar şəhəri” adlandırıb - Fotolar

Azərbaycan ordusu noyabrın 10-u imzalanan atəşkəs razılaşmasına əsasən 27 ildən sonra geri qaytarılan Ağdam rayonuna daxil olub. Bu ərazidə tərk edilmiş ən böyük şəhərlərdən biri yerləşir.

Axşam.az xəbər verir ki, “RİA Novosti” erməni vandalizmi nəticəsində dağıdılmış və viran qoyulmuş Ağdam şəhərindən fotoreportaj hazırlayıb.

Qeyd olunub ki, Ağdam bir vaxtlar tarixi abidələri ilə məşhur olan həyat dolu bir şəhər olub. İndi Xankəndidən 26 kilometr və Bakıdan 365 kilometr məsafədə yerləşən Ağdam boşdur. 1990-cı illərdə Qarabağ müharibəsində şiddətli döyüşlərə səhnə olan Ağdam demək olar ki, tamamilə məhv edilib.

Qismən salamat qalan binalardan biri XIX əsrin ikinci yarısında tikilən Cümə məscididir. Həmçinin qeyd olunub ki, müharibədən əvvəl şəhərdə fabriklər və dəmir yolu stansiyası, tibb, musiqi və kənd təsərrüfatı məktəbləri və teatr fəaliyyət göstərirdi. Ağdamın görməli yerlərindən biri də Çörək Muzeyi idi. Burada qədim eksponatlar: qiymətli əlyazmalar, qədim alətlər, nadir taxıl məhsulları saxlanılırdı. 2000-ci illərdə "Lonely Planet" jurnalı Ağdama "Qafqazın Hiroşiması" adını vermişdi. Bundan sonra Ağdam "Ruhlar şəhəri" adını aldı.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar