Cümə axşamı, 26 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Amerika röyası, saxta azadlıq eyforiyası və robotlaşmış insanın taleyi...

Heç vaxt Amerika ruhu deyilən bir şey olmayıb. Amma Amerika röyası baş tutdu: əvvəlcə özünə çəkən, sonra köləyə çevirən, ruhsuz bir insan, ruhsuz cəmiyyət və ruhsuz bir sistem. Budur günümüzün Amerika mənzərəsi!..

Yusuf Kaplan
“Yeni Şafak” qəzeti, Türkiyə, 20 noyabr 2020-ci il

Amerika seçkiləri dünyanın hara gedə biləcəyini göstərmək üçün əla bir sınaq idi, amma əlbəttə ki, görə bilən gözlər üçün. Lakin söhbət Amerika seçkilərinin nəticələrindən deyil, Amerika seçkilərinin bu şəkildə nəticələnməsinə səbəb olan “gizli əl”in həyata keçirdiyi əməliyyatlardan gedir.

Unutmayaq ki, ortada bütün dünyaya sirayət edən və əvvəl Amerikanı, sonra da bütün dünyanı aldadan bir əməliyyat var. Yalnız amerikalıları deyil, bütün dünyanı köləyə çevirən bu media əməliyyatının kodlarını açmalıyıq.

Amerikada üzdə demokratiya, hüquq dövləti var və bütün demokratik qurumlar bu qanunun aliliyi ilə müəyyən edilmiş qaydalar çərçivəsində mükəmməl işləyirlər. Əsl böyük illüziya da budur. Reallıqda isə Amerikada da, qlobal dünya sistemində də başqa bir mexanizm işləyir.

“Görünməz əl”dən “gizli əl”ə

Adam Smitin Tanrısı “görünməz bir əl”dir. Onun müasir dünyanı sürükləyən “görünməz əl” adlandırdığı “Tanrı” anlayışı isə iqtisadiyyat və ya iqtisadiyyatın işləməsinə imkan verən mexanizm idi. Bu, görünməyən, lakin mexaniki şəkildə işləyən kütləvi bir şəbəkədir. “Tanrı” rolunu oynayan bu kompleks maşın, əslində, iqtisadi, sosial və siyasi mexanizmləri formalaşdıran “gizli əl”dir. Yəni “görünməz əl”in “gizli əl”ə çevrilməsi qaçınılmaz idi.

Bu “görünməz əl” kapitalizmin hərəkətverici qüvvəsi, tanrısı, pulu və güc mexanizmidir və sanki, xüsusi bir insan növü yaratdı, ya da istehsal etdi. Bu insanın adı Homo-“Ekonomikus”dur, yəni İqtisadi-İnsan.

Müasir milli dövlətlər ümün süni ruhları icad edildi və beləliklə, müasir millət dövlətlərin artıq əsl ruhu yoxdur. Müasir dünya iqtisadi insanı yaratdı, bu yaratıq isə onu yaradan dünyanı məhv etdi və köhnə əskiyə döndürdü. Həm bütün dövlət qurumlarını zəiflətdi, milli dövlət fəlsəfəsini yox etdi, həm də şəxsən insanın özünü məhv etdi. Bu da qaçılmaz idi.

İxtira olunmuş bir ölkə: Amerika Birləşmiş Ştatları

Amerika məhz belə bir mühitdə icad edilmişdi. Bəli, məhz icad edilmişdi, yəni doğulmamışdı. Avropanın milli dövlətləri bir-birlərini boğmaq üzrə idi. 19-cu əsrdə Marks və Engelsin demək olar ki, bütün əsr boyunca “kommunist inqilab” coşğusu ilə qeyd etdikləri kimi, Avropa qitəsinin Qərb hissəsində bir qara bulud, bir terror havası əsdi.

Xalq dövlətləri sona çatmışdı. Amerika da bu səbəbdən “supra-nastional”, yəni millət üstü federal bir dövlət olaraq quruldu. Amerikanı quran heç bir ruh yox idi, yalnız bir xülya var idi. Çünki ruh mənəvi bir qüvvədir. Lakin Amerika röyası və ya varlı olmaq xəyalı köləliyin başqa bir növü olan sürət, zövq və cazibənin qulu olmaq azadlığını təklif edən dayaz bir azadlıq vədi idi.

Amerikada həyatın hər tərəfində kök salmış, keçmişdən gələn, bütün çətinliklərə dözməyə imkan verən və ölkəni maddi narahatlıqlardan əlavə, bir-birinə bağlayan yekdil və bütün bir ruh yox idi. Amerika röyası deyilən şey iqtisadi insanın maddənin köləsi olması demək idi. İnsanın öz ruhunu itirməsi, mexaniki hala gəlməsi, robotlaşması, zamana və məkana qənaət etməkdən uzaq olması, lakin zamanın və məkanın hücumuna məruz qalması (üstəlik cazibədar, sürətli, ləzzətli metodlarla, estetikləşdirilmiş formalarla) demək idi.

Heç vaxt Amerika ruhu deyilən bir şey olmayıb. Amma Amerika röyası baş tutdu: əvvəlcə özünə çəkən, sonra köləyə çevirən, azadlıq iddiası ilə yola çıxan, lakin insanı öz köləsinə çevirən saxta və dayaz azadlıq səhnələri, ruhsuz bir insan, ruhsuz cəmiyyət və ruhsuz bir sistem. Budur günümüzün Amerika mənzərəsi!

Bu insan tipinin azadlığı bir yana, həyatının iradəsini və zəkasını necə qoruduğundan danışmaq belə çox çətindir. Amerikanı “gizli bir əl” tərəfindən sürətlə və zövqlə axmaqlaşdırılır.

Amerikada seçki yox idi, media çevrilişi oldu. Amerikalılardan kölə kimi istifadə edən, son istifadə tarixi bitən kimi ölkəni tərk edəcək “gizli əl” bir adamı iblisə çevirərək taxtdan endirdi və başqa bir çirkin növü hakimiyyətə gətirdi.

Kimsə amerikalıları və dünyanı dəhşətli şəkildə axmağa çevirir. Buna mane olmasaq, Amerikadakı bu mürəkkəb, sofist və cazibədar yollarla həyata keçirilən media çevrilişinin digər qitələrdə və ölkələrdə də təkrarlanacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər Zod qızıl yatağını verməmək üçün saxta sərhəd düzəltdilər

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Ermənilərdə əsirlikdə olan hərbiçimiz Amin Musayev Azərbaycana qaytarılıb - Video

“Ananı azad edib, balanı həbsdə saxlamaq qələbə sevincinə kölgə salır” – İlyas İsmayılov

Putin yanvarda xəstəliyinə görə istefaya gedəcək?..

“Şuşa və Hadrutun geri qaytarılması mümkündür” – Erməni siyasətçi

“Türkiyə ordusu Qarabağa gəlir, Putin əvəzində...” – “Münaqişənin özü qalır, amma oradakı rollar dəyişir...”

Hikmət Hacıyev: "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil"

loading...

Ən çox oxunanalar