Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qlobal Mübarizənin mənzərəsi - Pompeonun İstanbul səfərinin arxasında hansı məqamlar var?

Pompeonun İstanbula etdiyi səfər bir vida səfəri deyil, Baydenin komandası ilə yeni bir başlanğıcdır...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 18 noyabr 2020-ci il

“MI6” rəhbəri, İngiltərənin köhnə Ankara səfiri olan Riçard Mor Türkiyəyə gəlibb və şəxsi görüşlər çərçivəsində danışıqlar aparıb. İzlədiyim qədəri ilə o, Co Baydenin seçkilərdə qalib gəldiyi məlum olduqdan sonra Türkiyəyə gələn ən vacib, ən kritik və sirli qonaqdır. Çünki tarixin dərinliklərində gizlənmiş bir Türkiyə-İngiltərə münasibətləri var. Trampın prezidentliyi də bu əlaqələrin inkişafına mane olmadı. ABŞ administrasiyası tamamilə razılaşmasa da, Tramp buna qarşı deyildi. Həmçinin, Ankara-London münasibətlərinin kölgəsini “İpək Yolu”, Şərqi Aralıq dənizi, Suriya, Azərbaycan və Yaxın Şərqdə gördük.

Morun gəlişindən sonra iki ölkə arasında yenidən xaricə önəmli bir mesaj verildi. İngiltərə Krallığının Hava Qüvvələrinə məxsus 2 “Eurofighter Typhoon” təyyarəsi qarşılıqlı təlim üçün Konyadakı 3-cü Əsas Raket Bazası Komandanlığı bazasına enib. Təyyarələr dünyanın aparıcı təlim mərkəzlərindən biri olan bu bazada 132-ci Donanma Komandanlığındakı F-16 döyüş təyyarələri ilə təlimlər keçəcək.

Dəfələrlə dediyim kimi, ABŞ Dövlət Katibi Pompeo “kölgə prezident”dir. Vaşinqtonun Türkiyənin mərkəzindəki bölgə ilə bağlı nə düşündüyünü Pompeonu izləyərək anlamağa çalışdım. Respublikaçılar seçkilərdə məğlub olsalar da, Pompeo 7 ölkəni əhatə edən bir tura çıxdı. Fransadan başlayan proqramında Türkiyə də var idi. Ancaq Türkiyədə dövlətdən biri ilə görüşmədi. O, İstanbula gəldi. Ankaranı ziyarət etməyən Pompeo Fənər Yunan-Ortodoks Patriarxlığını və İstanbuldakı Rüstəm Paşa məscidini ziyarət edib. Buradakı şifrələrdən də bəhs edəcəyəm, amma əvvəlcə Fransada nə dediklərinə nəzər salaq.

Fransada Emmanuel Makronla görüşən Pompeo “Le Figaro”ya: “Makronla apardığımız danışıqlarda Türkiyənin son zamanlarda olduqca təcavüzkar addımlar atdığını qəbul etdik”, deyib. Hələ bir az daha da irəli gedərək: “ABŞ və AB prezident Ərdoğana qarşı birlikdə hərəkət etməlidir”, fikrini söyləyib və əlavə edib: “Türkiyənin artan hərbi qabiliyyəti narahatlıq doğurur”.

ABŞ-ın “Dərin dövlət”i seçimini etdi və Baydenlə yola davam etməyə qərar verdi. Respublikaçılar və Demokratlar iki fərqli məktəbə bənzəsələr də, əsasən eyni siyasəti izləyirilər. Türkiyə məsələsində də belə olacaq.

ABŞ Dövlət Katibi Pompeo Fransadan sonra Türkiyə, Gürcüstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, QətərSəudiyyə Ərəbistanına səfər etdi. Lakin yalnız Türkiyədə dövlətdən biri ilə görüşmək istəmədi. Bu nə deməkdir? Mesaj kimədir?

ABŞ-Türkiyə münasibətlərinin gələcəyini oxumaq çox çətin deyil. Həm Pompeo, həm də Bayden eyni xəttdə görüşdülər. Pompeo ilk gündən Ayasofiyanın məscidə çevrilməsinə qarşı çıxan və bunu gizlətməyən bir şəxs olub. Pompeo Türkiyə ilə S-400, Şərqi Aralıq dənizi, Yaxın Şərq-SuriyaQafqaz məsələlərində fikir ayrılıqları yaşadığını bildirmişdi. Həm də bu problemlərin yeni dövrdə iki ölkə arasında böyük sancılara səbəb olacağına işarə idi.

Lakin sual oluna bilər ki, artıq Pompeo yoxdur, belə bir mesaj çıxarmağın mənası nədir? Mənası odur ki, Pompeonu 7 ölkəyə aparan təyyarədə daha iki vacib sima da var idi. Bunlar ABŞ-ın yeni prezidenti Co Baydenin ən etibarlı iki adamı idi: Qreq Şultz və Ron Kleyn.

Onlar təkcə 2 ölkədə ola bilməzdilər. Bu səfərə gedən komandanı araşdırsaq, Tramp və Pompeonun işi tərk etdiyini başa düşərik. Seçkilərin nəticələrinə etiraz etmək kimi bir çox məsələlərin heç bir məna kəsb etmədiyi göz qabağındadır.

Baydenlə uzun müddət işləyən Kleyn də Baydenin baş məsləhətçisi olacaq. Co Bayden Kleyn üçün deyib:

“Uzun illər birlikdə çalışdığım Ron mənim üçün çox əzizdir 2009-cu ildə birlikdə Amerika iqtisadiyyatını tariximizin ən pis böhranlarının birindən qurtardıq və 2014-cü ildə nəhəng bir ictimai səhiyyə problemini həll etdik. Ölkəmizi belə bir böhran anında birləşdirərkən Ağ Evdə axtardığım ən əsas şey Ronun dərin təcrübəsi və qabiliyyəti idi”.

Obamaya da çox yaxın olan Kleyn Ağ Evin ebola ilə mübarizə koordinatoru vəzifəsini də icra edib. Al Qor da, Bil və Hilari Klinton da Kleyni çox yaxında tuturlar. Ron Kleyn Harvard Universitetində hüquq təhsili alıb və Corctaun Universitetində qonaq professor kimi imühazirələr oxuyub. Ron Kleyn Baydenə Covid-19-la mübarizədə ən böyük dəstəyi verəcək insandır. Bayden Kleyn batəy seçkilərdən sonra da danışıb: “Onun tövsiyələri hər zaman əsaslı və fərqlidir”.

Trampın getməsi və Baydenin gəlişi Avropa-ABŞ münasibətlərini önə çıxaracaq və beləliklə, Almaniya üçün yol açacaq. Almaniyanın ABŞ-la birgə gedəcəyi ilk ünvan isə Aralıq dənizi və Yaxın Şərq olacaq. Almaniya mövzusunda Baydenə yaxın olan müxalifətə baxdıqda da bunu anlamaq çətin deyil.

Kılıçdaroğlu, Akşener, Davutoğlu, Babacan və Karamollaoğlu bu xətti gücləndirəcək açıqlamalar verirdilər. Hətta hamısı bir ağızdan daha şiddətli bir müxaliflik göstərməyə çalışırdılar. Bahçeli də ilk hədəflərindən biri idi. Kürd məsələsinə diqqətlə baxdıqda da müxalifətin necə fərqli bir ritorikaya girişdiyi bəlli olur. Xüsusilə Davudoğlu və Babacan öz səfərləri ilə bunu göstərdi.

Bayden Avropanı və Almaniyanı yanına çəkmək istədiyi halda, Türkiyə İngiltərə Kral Hava Qüvvələrinin 2 “Eurofighter Typhoon” təyyarələri Konyaya dəvət edərək qarşı tərəfə mesajını verirdi. Qlobal Mübarizənin Konyadakı mənzərəsi belədir.

Ərdoğan bir sıra kadr dəyişiklikləri edərək, hüquq və demokratiyanı vurğulayan Baydenə və komandasına incə bir mesaj göndərmişdi. Ancaq qarşı tərəf içəridəki müxalifətlə birgə sistemin tək hakimi olmaq istəyir və prezidentlik modelinə son qoymağı hədəfləyir.

ABŞ-Avropa xətti burada, sanki, Beştepeni hədəf alır. Türkiyə də İngiltərə ilə yan-yana gələrək “mən tək deyiləm” deməyə çalışır. Artıq Azərbaycanda əldə olunan zəfər Qərbi qorxutmaq üçün kifayət idi.

Pompeonun, yəni Baydenin patriarxlığa etdiyi səfər Türkiyəyə İstanbuldan verilən bir mesaj idi. Türkiyə də bunu gördü və Konyadan cavabını verdi. Qarşıdakı günlərdə AKP-MHP ittifaqı müxalifətə qarşı tamamilə sərtləşəcək. Müxalifət də MHP-ni uzaqlaşdırmağa çalışacaq və ittifaq quruluşunu pozaraq hakimiyyətə gəlməyə çalışacaq. Bunu Pompeoya baxaraq görmək olur. Çünki Pompeonun İstanbula etdiyi səfər bir vida səfəri deyil, Baydenin komandası ilə yeni bir başlanğıcdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi

“YAP hakimiyyəti 27 ildir demirdimi ki...” - Natiq Cəfərli

ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

“Böyük bir müharibə başlaya bilər...” - Senatordan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay