Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar Fransanın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını təklif ediblər

“Torpaqlarımız işğal altında olanda bəzi Qərb dövlətləri gecə-gündüz sülhdən danışıdılar. Ancaq biz torpaqlarımızı azad edəndən sonra bu çağırışlar görünmür. Bu dəyişiklik nədən baş verib?”.

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Fransa bəyan edir ki, münaqişəni başqa istiqamətdə həll etmək lazımdır və Ermənistanın yanındayam: “BMT-də bizim qətnamələrin aradan qaldırılması ilə bağlı kim canfəşanlıq edir? Əlbəttə ki, Fransa. Fransanın Azərbaycana münasibətini nəzərə alaraq təklif edirəm ki, Minsk qrupunun içərinsdə olan belə bir münasibət qəbuledilməzdir. Belə bir həmsədrlik Azərbaycan tərəfindən də qəbuledilməzdir. Hesab edirəm ki, Azərbaycan hökuməti Fransa hökuməti ilə əlaqələrini ciddi şəkildə təhlil etməlidir”.

Deputat Cavanşir Feyziyev isə söyləyib ki, Azərbaycan hökuməti Fransaya ATƏT-in Minsk qrupunun həmsədri kimi etimadsızlıq göstərməlidir.

O qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən Fransanın Minsk qrupunun üzvü olan digər ölkələrin biri ilə əvəzlənməsi istənilməlidir: “Hesab edirəm ki, bu çox düzgün olar”.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar