Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müharibənin ilk günündən İlham Əliyevə dəstəyimizi ifadə etdik” – İlqar Məmmədov

“Bizim bəzi arqumentləri indiki həssas danışıqlarda hökumətin mövqeyini zəiflətmək üçün fürsət kimi görənlər yanılırlar”.

PİA.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov vurğulayıb ki, müharibə və onun nəticələrinə rəsmiyyət qazandırılması işində hökumətin vicdanını sorğulamağınız üçün heç bir əsasınız yoxdur: “Bakının 1 dekabra qədər torpaqları geri almaqdan ötrü atdığı bütün addımlarını, o cümlədən hətta nisbi susqunluğunu tam anlayırıq. Kimsə bu ciddi müzakirədə ortalığa atılıb özünü yüngül aparacaqsa öz işidir. İctimaiyyətin qaldırdığı suallar əksər hallarda statik hüquqi vəziyyətə baxışdan doğur. Siyasətçilər, əksinə hər şeyə siyasi dinamika bucağından baxmağı peşə adətinə çevirib. Hər iki yanaşmada ifrata varmaq mümkündür. Siyasi sinif (iqtidar, müxalifət və ictimai şəxslər) bunu nəzərə alaraq öz fəaliyyətinə ayrıca qiymət verməlidirlər. Müharibəni durduran Bəyanatı oxumuş ictimai fəalın sualları bu tipdə olur: “Xankəndidə Azərbaycan bayrağı asılacaqmı?”, “Xocalıya sərbəst gedib-gələ biləcəyikmi?” Digər tərəfdən, həm ölkədə, həm də xaricdə ən ciddi siyasət adamları Azərbaycanın müharibədə uğur qazanması, yeni hərəkətlilik təməlinin qoyması qənaətindədir. Statik hüquqi baxış bucağı da vacibdir. O, önəmli anı görüb tarixdə həkk etməyə imkan verir, amma hərəkətli prosesi görmür deyə, hökumətə qarşı tənqiddə ondan sui-istifadə imkanı yaranır. Eynən, xəyalpərəstliyi siyasi dinamika kimi təqdim edəndə hökumət özünü ədalətsiz aparır. Müharibənin ilk günündən Prezident İlham Əliyevin böyük tarixi məsuliyyət altına girdiyini yüksək qiymətləndirərək REAL ona hərtərəfli dəstəyini ifadə etdi. Hazırda hesab edirik ki, atəşi dayandıran, müsbət və mənfi cəhətlər toplusu olan üçtərəfli bəyanatın icrası ilə Azərbaycanın marağına xidmət edən yeni siyasi-hüquqi keyfiyyət yaratmaq mümkündür, hərəkət tempi və qətiyyət zəifləməsə. Qarşı tərəf bəyanatın icrasından boyun qaçırmaq üçün bəhanə ovundadır. Ona heç bir fürsət verilməməlidir. Bakının hazırda 1 dekabrı gözləyərək əsasən susmasını tam anlayırıq. Eyni zamanda, indiki diplomatik çəkişmədə Azərbaycan hökumətini daha güclü edəcək arqumentləri ortaya qoymaqdan çəkinmək də düzgün olmaz. Odur ki, bəzi məsələlərə toxunmalıyıq. Amma strateji nöqtə 1 dekabrdır. 20 noyabr, 25 noyabr və nəhayət 1 dekabrdan sonra kimin Azərbaycanla həqiqətən əməkdaşlıq etdiyi, kimin isə vaxt qazanıb bizə badalaq gəlmək niyyətinə olduğu daha aydın görünməlidir”. (pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar