Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ Qarabağdakı razılaşmanı pozmağa çalışır” – Rusiya kəşfiyyat şefndən senssasiyalı iddia

"Qərb erməni və azərbaycanlı millətçilərini Qarabağdakı atəşkəs razılaşmasını gözdən salmağa və pozmağa təhrik edir".

"AzPolitika.info" "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (FTX) rəhbəri Sergey Narışkin deyib. “Bizdə olan məlumata görə, bəzi Qərb ölkələri mövcud kanallar vasitəsilə erməni və azərbaycanlı millətçilərini atəşkəs müqaviləsini gözdən salmağa və pozmağa təhrik edirlər. Erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. "Acı sona qədər müharibənin" zəruriliyi fikri ortaya atılır. Digər tərəfdən, azərbaycanlılara Kremlin Azərbaycan ordusunun Xankəndini götürməsinin bir addımlığında “qələbələrini oğurladığı” deyilir ”, - deyə Narışkin bildirib.

FTX rəhbəri ABŞ və müttəfiqlərinin Qarabağdakı hərbi əməliyyatların Moskvanın vasitəçiliyi ilə dayandırılmasına görə əsəbiləşdiyini söyləyib.

Narışkinin fikrincə, bu cür hərəkətlər ABŞ-ın və onun avropalı dostlarının həmişə olduğu kimi problemlərini bu dəfə də sadə insanların - azərbaycanlıların və ermənilərin maraqları hesabına həll etdiklərinə sübutdur: "Amerikalılar və avropalılar təxribatlarının yeni qan tökülməsinə və bölgəni ciddi bir hərbi qarşıdurmaya qərq edə biləcəyindən narahat deyillər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar